Menu
Xəbər Lenti
Zamana sığmayan zəka...
17-06-2026, 17:38

Zamana sığmayan zəka...

Ağ xalat, ağ ümid
17-06-2026, 13:39

Ağ xalat, ağ ümid

Azərbaycan nefti ucuzlaşdı
17-06-2026, 11:21

Azərbaycan nefti ucuzlaşdı

17 İyun 2026 11:33Manşet / Gündəm / Səhiyyə

Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu

 

İnsan sağlamlığı cəmiyyətin ən böyük sərvətidir. Bu sərvətin qorunması isə öz həyatını və fəaliyyətini insanların sağlamlığına həsr edən həkimlərin, səhiyyə işçilərinin fədakar əməyindən asılıdır. Məhz buna görə də hər il 17 iyun ölkəmizdə Səhiyyə İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gündə insanlara sağlamlıq bəxş edən, onların ağrılarını yüngülləşdirən və ümidlərini yaşadan tibb işçilərinin zəhməti xüsusi minnətdarlıqla xatırlanır. Belə nüfuzlu səhiyyə təşkilatçılarından biri də “ElMed” klinikasının rəhbəri Hümbət Səfərovdur.


Səhiyyə sahəsində uğurlu fəaliyyəti, peşəkarlığı və yüksək təşkilatçılıq bacarığı ilə seçilən Hümbət Səfərov uzun illərdir ki, insanların sağlamlığının qorunmasına öz töhfəsini verir. Onun rəhbərlik etdiyi “ElMed” klinikası müasir tibbi xidmətlərin göstərildiyi, pasiyent məmnuniyyətinin ön planda tutulduğu və insan amilinə xüsusi həssaslıqla yanaşılan tibb müəssisələrindən biri kimi tanınır.


Müasir dövrdə səhiyyənin inkişafı yalnız tibbi biliklərlə deyil, həm də yeniliklərə açıq olmaq, müasir texnologiyaları tətbiq etmək və pasiyentlərə humanist münasibət göstərmək kimi mühüm amillərlə ölçülür. Hümbət Səfərovun rəhbərliyi altında klinikada yaradılan sağlam iş mühiti, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və pasiyentlərə göstərilən diqqət onun idarəçilik prinsiplərinin əsasını təşkil edir.


Həkimlik peşəsi hər zaman insanlara xidmətin ən ali nümunəsi hesab olunub. İnsanların sağlamlığını qorumaq, onların həyatına ümid olmaq, xəstəliklə mübarizədə dayaq durmaq böyük məsuliyyət tələb edir. Bu baxımdan səhiyyə işçilərinin fəaliyyəti yalnız peşə deyil, həm də mənəvi missiyadır. Hümbət Səfərov da öz fəaliyyəti ilə bu müqəddəs missiyanın daşıyıcısı kimi insanların rəğbətini qazanmışdır.


Azərbaycan səhiyyəsi son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət, yeni tibb müəssisələrinin yaradılması, müasir tibbi avadanlıqların tətbiqi və səhiyyə xidmətlərinin əlçatanlığının artırılması bu inkişafın əsas göstəricilərindəndir. Özəl səhiyyə sektorunda fəaliyyət göstərən müəssisələr də bu inkişaf prosesinə mühüm töhfə verir. “ElMed” klinikası da məhz belə tibb ocaqlarından biri olaraq insanların sağlamlığının qorunmasına xidmət edir.


İnsanların sağlamlığı naminə çalışan hər bir tibb işçisinin əməyi yüksək dəyərə layiqdir. Onların gecə-gündüz davam edən zəhməti, məsuliyyəti və fədakarlığı cəmiyyətin rifahına xidmət edir. Hər sağalan xəstə, hər qazanılan həyat uğrunda mübarizə həkim əməyinin ən böyük mükafatıdır.


17 İyun – Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Hümbət Səfərovun və rəhbərlik etdiyi kollektivin fəaliyyəti xüsusi ehtiramla qeyd olunmalıdır. Çünki insan sağlamlığına xidmət etmək ən şərəfli və ən müqəddəs peşələrdən biridir.


17 İyun – Səhiyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə “ElMed” klinikasının rəhbəri Hümbət Səfərovu və bütün kollektivini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, peşə fəaliyyətlərində yeni uğurlar, insanların sağlamlığı naminə gördükləri nəcib işlərdə davamlı nailiyyətlər arzulayırıq. Bayramınız mübarək olsun!


 

 

FəridFaiqoğlu

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl qələm” mükafatçısı,

Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü