“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
“24 ildir gözlədiyimiz oyundan öncə həyəcanlıyıq” - Montella
Türkiyə milli komandası DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Avstraliya yığması ilə üz-üzə gələcək.
“Qafqazinfo” xəbər verir ki, “ay-ulduzlular”ın baş məşqçisi Vinçentso Montella oyundan əvvəl keçirilən mətbuat konfransında açıqlamalar verib.
“24 ildir gözlədiyimiz bu oyundan əvvəl çox həyəcanlıyıq. Yaxşı oyun nümayiş etdirəcəyimizə inanırıq. Dünya çempionatında bizi hansı çətinliklər gözlədiyini bilirik. Bunun öhdəsindən gələ biləcəyimizə inanırıq və bu turnirin dadını çıxarmaq istəyirik. Ölkəmizi qürurlandırmaq niyyətindəyik. İstəkli komandamız var və milyonlarla insanın bizdən gözləntisinin olduğunu bilirik. Futbolçularımıza öz oyunlarını oynamalarını və rahat olmalarını tapşırdım. İndiyədək necə irəliləmişiksə, eyni şəkildə davam etməliyik. Tələsməyəcəyik, səbirli şəkildə öz futbolumuzu oynayacağıq”, - o bildirib.
Montella Avstraliya millisini də tərifləyib: “Onların sürətli futbolçuları var və hücumda təhlükəli ola bilirlər. Çətin oyun gözləyirəm. Öz oyunumuzu nümayiş etdirməli və rəqibə çox imkan verməməliyik. Fiziki baxımdan güclü komandaya qarşı oynayacağımızı bilirik. Sabah həm fiziki, həm də texniki keyfiyyətlərimizi ortaya qoymalıyıq”.
Baş məşqçi futbolçuların son durumu barədə də danışıb. O, komandanın psixoloji cəhətdən hər vəziyyətə hazır olmasının vacibliyini qeyd edib: “Rəqibin xüsusiyyətlərinə uyğun hazırlaşmışıq və bunun üzərində çox çalışmışıq. Bütün futbolçularımız müəyyən çətinlikləri aşaraq meydana çıxırlar. Hazırda Arda Gülər, Hakan Çalhanoğlu və Kenan Yıldızın 100 dəqiqə oynaya biləcəyinə tam əmin deyiləm. Bununla bağlı bəzi suallarım var”.
Qrupdakı rəqiblərlə bağlı suala cavab verən Montella komandaların güc baxımından bir-birinə yaxın olduğunu deyib: “Qrupumuzda bütün komandalar növbəti mərhələyə yüksəlməyə ümid edir. İlk oyun çox önəmlidir. Qələbə gələcək üçün bizə ciddi üstünlük qazandıra bilər. Ancaq addım-addım irəliləməli və ilk növbədə öz oyunumuzu düşünməliyik”.























































