İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Hakerlər DÇ və FTB-ni hədəf aldı
İranla əlaqəli olduğu bildirilən “Handala” haker qrupu ABŞ Federal Təhqiqat Bürosunun (FTB) dron sistemlərinə sızdığını irəli sürərək, 2026-cı il futbol üzrə Dünya Çempionatı ilə bağlı təhdid xarakterli mesajlar yayıb.
“Qafqazinfo” xəbər verir ki, qrupun açıqlamaları terror və ekstremist təşkilatları izləyən “SITE Intelligence Group” tərəfindən paylaşılıb.
Bildirilir ki, “Handala” aylardır FTB-yə məxsus dronlardan əldə edilən görüntü və məlumatlara çıxış imkanı qazandığını iddia edir.
Hakerlər sözügedən dronların üztanıma və avtomobil nömrələrinin skan edilməsi texnologiyalarından istifadə etdiyini bildirərək, DÇ zamanı təhlükəsizlik tədbirlərinə eyham vuran mesajlar yayıblar.
Qrupun paylaşımında “DÇ üçün təhlükəsizliyinizi artırın. Bəzi komandaları sevmirik. FPV (First Person View) dronları hər yerdədir. Heç vaxt bilməzsiniz ki, onlardan biri komandanızın avtobusunun yanında peyda olmayacaq” ifadələri yer alıb.
ABŞ hakimiyyət orqanları isə turnir boyunca stadionlar və azarkeş zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə dronlardan istifadə edir. Eyni zamanda, yarışlar zamanı stadionların və tədbir məkanlarının üzərində icazəsiz dron uçuşları qadağan edilib.
“Handala” iddialarını əsaslandırmaq üçün guya haker hücumu nəticəsində əldə olunduğunu bildirdiyi foto və videolar da yayıb. Lakin “SITE Intelligence Group” həmin materialların ən azı birinin həqiqəti əks etdirmədiyini açıqlayıb. Qurumun məlumatına görə, yayılan videolardan biri 2024-cü ilin dekabrında ABŞ-də qasırğanın vurduğu ziyanın qiymətləndirilməsi üçün istifadə olunan texnologiyanın nümayişi məqsədilə hazırlanıb.
Qeyd edək ki, “Handala” daha əvvəl də FTB direktoru Kaş Patelin elektron poçt hesabını sındırdığını və şəxsi məlumatları internetdə yaydığını iddia etmişdi.
ABŞ Dövlət Departamenti qrup üzvlərinin müəyyən edilməsinə kömək edəcək məlumat qarşılığında 10 milyon dollara qədər mükafat vəd edib. ABŞ Ədliyyə Nazirliyi isə fevral ayında İranla əlaqəli kiberqrupların mümkün hücumları ilə bağlı xəbərdarlıq yaymışdı.























































