Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
600 dron mütəxəssisi işə götürəcəklər
Niderland ordusu döyüş qabiliyyətini artırmaq məqsədilə pilotsuz uçuş aparatlarına diqqəti gücləndirir.
“Qafqazinfo” Niderland Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ilkin mərhələdə orduya 600 dron mütəxəssisinin cəlb edilməsi planlaşdırılır.
Bildirilir ki, müasir döyüş meydanında dronlardan effektiv istifadə və onlara qarşı mübarizə aparmaq artıq zərurətə çevrilib. Bu addımın əsas məqsədi yeni mütəxəssislərin köməyi ilə ordunun texnoloji imkanlarını genişləndirmək və döyüş gücünü artırmaqdır.
Qeyd olunur ki, ölkənin cənubunda yerləşən Oyrsxot şəhərində keçirilən “dron günü” proqramı bu istiqamətdə atılan addımları nümayiş etdirib. Tədbir çərçivəsində orduda dron texnologiyalarının rolu və gələcək planlar təqdim olunub.
Açıqlamada həmçinin vurğulanır ki, NATO ölkələrinin hərbçiləri uzun müddətdir bu texnologiyalardan istifadə edir və xüsusilə Ukrayna müharibəsi zamanı dronların geniş tətbiqi onların əhəmiyyətini daha da artırıb.
Niderland Baş Qərargah rəisi, general Onno Ayxelsheym bildirib ki, ölkə həm dronlardan qorunmağı, həm də onları effektiv şəkildə istifadə etməyi bacarmalıdır. Onun sözlərinə görə, sürətli innovasiya bu sahədə üstünlük qazanmağın əsas şərtidir.























































