Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Taleh Qaraşov Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
Hüquq ekspertləri Azərbaycan Prokurorluğunun fəaliyyətini yüksək qiymətləndirirlər
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov və hüquqşünas-kriminoloq Faxir Ağayev öz çıxışlarında Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişlər ki, prokurorluq əməkdaşları cinayətlərin vaxtında aşkarlanması, hərtərəfli araşdırılması və açılması istiqamətində yüksək peşəkarlıq, məsuliyyət və prinsipiallıq nümayiş etdirirlər. Onların fikrincə, prokurorluq orqanları tərəfindən həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və ədalətin təmin olunması sahəsində mühüm nəticələr əldə edilir.
İsmayıl Zalov və Faxir Ağayev vurğulamışlar ki, prokurorluq əməkdaşlarının peşəkar fəaliyyəti, vətəndaş müraciətlərinə həssas yanaşması, qanunun aliliyinin təmin olunmasına göstərdikləri diqqət və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində gördükləri işlər cəmiyyət tərəfindən müsbət qarşılanır. Onlar qeyd etmişlər ki, cinayətlərin açılması səviyyəsinin yüksəlməsi, ictimai təhlükəsizliyin möhkəmləndirilməsi və hüquq-mühafizə orqanlarına ictimai etimadın artması prokurorluq əməkdaşlarının fədakar əməyinin və peşəkar fəaliyyətinin bariz göstəricisidir.
Hər iki hüquq eksperti bildirmişdir ki, prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin və qanunçuluq prinsiplərinin təmin edilməsi vətəndaş məmnunluğunun yüksəlməsinə, hüquqi dövlət quruculuğunun möhkəmlənməsinə və cəmiyyətdə ədalətə inamın daha da artmasına mühüm töhfə verir. Onlar Azərbaycan prokurorluğunun hüquq-mühafizə sistemindəki rolunu xüsusi qeyd edərək, əməkdaşların peşə hazırlığının və xidmət keyfiyyətinin daim təkmilləşdirilməsinin ölkədə qanunun aliliyinin təmin olunmasına xidmət etdiyini bildirmişlər.
ARHD.MEDİA





























































