Xəbər Lenti
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Millət vəkili Məşhur Məmmədov: “Seçiciləri maraqlandıran məsələlərin ən qısa zamanda həlli bizim üçün prioritetdir”
Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonunda növbəti vətəndaş qəbulunu keçirib. Yay mövsümünün başlanması ilə əlaqədar seçicilərlə görüş və qəbulların davam etdirildiyini bildirən deputat vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılması və həllinə xüsusi önəm verildiyini vurğulayıb.
YAP Masallı rayon təşkilatının inzibati binasında keçirilən qəbulda rayon sakinləri fərdi qaydada dinlənilib, onları narahat edən sosial, məişət və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Qəbulda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Qəşəm Hadıyev, eləcə də "Masallı Təhsil Fondu"nun icraçı direktoru Hüseyn Hüseynov iştirak ediblər. Görüş zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib.
Məşhur Məmmədov bildirib ki, vətəndaşların problemlərinin vaxtında həlli, onların təklif və müraciətlərinin diqqətdə saxlanılması əsas fəaliyyət istiqamətlərindən biridir. Deputat qeyd edib ki, qəbullarda rayonun məsul şəxslərinin iştirakı müraciətlərin daha operativ araşdırılmasına və həllinə imkan yaradır.
Qəbul zamanı çıxış edən sakinlər də onların müraciətlərinə göstərilən diqqəti yüksək qiymətləndirərək, problemlərinin dinlənilməsi və həlli istiqamətində atılan addımlara görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, deputat Məşhur Məmmədovun Masallı rayonunda seçicilərlə görüş və qəbulları mütəmadi xarakter daşıyır və qarşıdakı dövrdə də davam etdiriləcək.