Bu günlərdə İsrail Dövlətinin ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun dəvəti ilə İsrailin Azərbaycandakı Səfirliyində oldum.
Gediş haqqını ödəməmək üçün sürücünü döyüb xəstəxanalıq etdilər - Rusiyada qəribə olay
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ali Məhkəmənin sədri İnam Kərimovu doğum günü münasibətilə Fransanın Paris şəhərindən təbrik etdi.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, hörmətli İnam Kərimov doğum günü münasibətilə səmimi və dərin ehtiramla təbrik olunub.
ARHD.Media İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, Beynəlxalq Hüquq Müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov öz təbrik mesajında İnam Kərimovun hüquq sisteminin inkişafında göstərdiyi xidmətləri xüsusi vurğulayıb.
Təbrikdə qeyd olunub ki, İnam Kərimov Ali Məhkəmənin sədri vəzifəsinə təyin olunduğu gündən etibarən məhkəmə-hüquq sistemində şəffaflığın, obyektivliyin və qanunun aliliyinin təmin olunması istiqamətində mühüm və prinsipial addımlar atılıb. Onun rəhbərliyi altında məhkəmə fəaliyyətində institusional yanaşma güclənib, hüquqi islahatlar daha sistemli və məqsədyönlü xarakter alıb.
İsmayıl Zalov bildirib ki, İnam Kərimov yüksək peşəkarlığı, hüquqi təfəkkürü və idarəçilik bacarığı ilə seçilən nüfuzlu hüquqşünasdır. O, hüququn aliliyi prinsipini fəaliyyətinin əsas istiqaməti kimi müəyyən edərək ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verir. Bu isə cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamın daha da möhkəmlənməsinə xidmət edir.
Təbrik mesajında vurğulanıb ki, hüquqi dövlət quruculuğunda Ali Məhkəmənin rolu müstəsnadır və bu ali institutun rəhbəri kimi İnam Kərimovun fəaliyyəti həm milli, həm də beynəlxalq hüquqi standartlara uyğunluq baxımından təqdirəlayiqdir. Onun prinsipial mövqeyi, ədalətə sadiqliyi və hüquqi dəyərlərə bağlılığı dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfə verir.
İsmayıl Zalov doğum günü münasibətilə İnam Kərimova möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində yeni nailiyyətlər və Azərbaycan ədliyyə sisteminin inkişafı naminə həyata keçirdiyi məsuliyyətli missiyada davamlı uğurlar arzulayıb. Qeyd olunub ki, onun rəhbərliyi ilə məhkəmə sistemində aparılan islahatlar hüququn aliliyinin daha da möhkəmlənməsinə, ədalət prinsipinin bərqərar olmasına və vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir.
Sonda vurğulanıb ki, peşəkar hüquqşünas, prinsipial rəhbər və dövlətə sədaqətlə xidmət edən şəxsiyyət kimi İnam Kərimovun fəaliyyəti hüquq ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir və gələcəkdə də bu istiqamətdə atılacaq addımlar Azərbaycan hüquq sisteminin inkişafına mühüm töhfələr verəcəkdir.
ARHD.MEDIA






















































