Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.
Şirvan şəhərinin Salyana keçid hissəsində yerləşən “Qanlı dərə” adlanan ərazi tullantılardan təmizlənmişdir.
“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı filialı rəhbərin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə müavini Ənvərli Bəhruzun təşəbbüsü ilə ərazidə aparılan genişmiqyaslı təmizlik işləri nəticəsində yığılıb qalmış məişət və digər növ tullantılar tam şəkildə ərazidən daşınmış, ətraf mühit üçün yaranmış ekoloji və sanitariya riskləri aradan qaldırılmışdır.
Görülən tədbirlər çərçivəsində sahə tam şəkildə təmizlənərək əvvəlki təbii vəziyyətinə yaxınlaşdırılmışdır. Bu işlərin həyata keçirilməsində məqsəd yalnız ərazinin təmizlənməsi deyil, həm də ekoloji mədəniyyətin artırılması, ictimai yerlərdə təmizliyə riayət olunmasının təşviq edilməsi və ətraf mühitin qorunmasına diqqətin daha da gücləndirilməsidir.
“Shirvan Operating Company Ltd” Şirkəti bu əlamətdar gün münasibətilə ətraf mühitin qorunmasının vacibliyini bir daha vurğulayır. Şirkət olaraq biz, fəaliyyətimizdə ətraf mühitin mühafizəsi prinsiplərinə ciddi riayət olunmasını, ekoloji təhlükəsizliyin təmin edilməsini və təbii resurslardan məsuliyyətli istifadəni əsas prioritetlərdən biri hesab edirik.
Gələcək nəsillərin sağlam və təhlükəsiz həyatının təmin olunması, birbaşa olaraq bu gün təbiətə göstərdiyimiz qayğıdan asılıdır. Hər kəsin üzərinə düşən məsuliyyət təbiəti qorumaq, onu çirklənmədən və deqradasiyadan müdafiə etməkdir.
https://www.facebook.com/taleh.mamedov.94651
















































































