"TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirildi.
Millət vəkili Məşhur Məmmədov: “Seçiciləri maraqlandıran məsələlərin ən qısa zamanda həlli bizim üçün prioritetdir”
“Qurtuluşdan Zəfərə uzanan dövlətçilik yolu: Heydər Əliyev strategiyasından İlham Əliyev liderliyinə”
YAP Səbail rayon təşkilatının keçirdiyi “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbir çərçivəsində müsahibə
Event titled "Ideology of Salvation: From the Mission of Salvation to the Chronicle of Victory" held by the Sabail District Organization of the YAP
“AzerGold” ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” oldu
“AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 2024-cü ildə “Korporativ sosial məsuliyyət çərçivəsində ətraf mühit layihələrində ən yaxşı tərəfdaş” nominasiyası üzrə təltif edilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən təqdim edilən mükafatı “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev qəbul edib.
QSC bu mükafata 2024-cü ildə icra etdiyi “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” və “Təmiz Daşkəsən” layihələri ilə ətraf mühitin mühafizəsinə verdiyi töhfələrə görə layiq görülüb.
Tədbirdə, həmçinin təbiətin mühafizəsi və ətraf mühitin qorunmasına yönələn təşəbbüslərə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji maarifləndirmə sahəsinə dəstək göstərən digər sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatları müxtəlif nominasiyalar üzrə təltif edilib.
Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə ətraf mühitin mühafizəsi və sosial məsuliyyətlilik prinsiplərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ildə hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda ətraf mühitin mühafizəsi sahəsində ardıcıl və kompleks tədbirlərini davam etdirib.
Belə ki, 2021-2024-cü illərdə icra edilən “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsi çərçivəsində ötən il Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş nadir, nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin “Çovdar” qızıl mədəni ətrafında çoxaldılması və reintroduksiyası işləri uğurla tamamlanıb.
“Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsində isə ümumilikdə 10 hektara yaxın ərazi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib, Daşkəsən şəhərinin müxtəlif küçələrinə yeni tullantı konteynerləri və zibil qutuları yerləşdirilib.
Bundan başqa, qış aylarında yem tapmaqda çətinlik çəkən quşların bəslənməsinə və mühafizəsinə dəstək məqsədilə “Çovdar” qızıl mədəninin ətrafındakı meşə ərazisində ekoloji təmiz quş yemlikləri quraşdırılıb, onların mövsümlük yem ehtiyacı qarşılanıb, ərazidə ağacəkmə və yaşıllaşdırma işləri davam etdirilib.
























































