"TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirildi.
Millət vəkili Məşhur Məmmədov: “Seçiciləri maraqlandıran məsələlərin ən qısa zamanda həlli bizim üçün prioritetdir”
“Qurtuluşdan Zəfərə uzanan dövlətçilik yolu: Heydər Əliyev strategiyasından İlham Əliyev liderliyinə”
YAP Səbail rayon təşkilatının keçirdiyi “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbir çərçivəsində müsahibə
Event titled "Ideology of Salvation: From the Mission of Salvation to the Chronicle of Victory" held by the Sabail District Organization of the YAP
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
30 may 2026-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İnclusive Organization Company və Ümidlə Gəl xeyriyyə layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı və UNEC nəzdində Sosial İqtisadi Kollecin rəsmi tərəfdaşlığı, Azimli Group MMC-nin təşkilati dəstəyi ilə "İnklüzivliyin Sirri" layihəsi baş tutdu. Layihə “Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə, “Şəhərsalma və Memarlıq İli”nə və "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuşdur.
Tədbirin əsas məqsədi inklüziv cəmiyyət ideyasının təşviqi, xüsusi qayğıya ehtiyacı olan və müxtəlif imkanlara malik uşaqların yaradıcılıq potensialının nümayiş etdirilməsi, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi olub.
Tədbir çərçivəsində inklüziv dəb nümayişi, rəssam Mehriban Alışovanın fərdi sərgisi və geniş konsert proqramı təqdim edilib. Həmçinin Mehriban Alışovaya özəl "İnklüzivin dostu" mekafatı təqdim olunub. Uşaqların çıxışları, musiqi nömrələri və səhnə performansları iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Layihənin ərsəyə gəlməsində dəstək olan şəxslərə özəl mükafatlar təqdim olunub:
Nur İnkluziv Mərkəzin təsisçi və rəhbəri Aytən Ələsgərova, Psixopedaqoq, İnkluziv təhsil müəllimi Ülkər Həmidova, Esminur tədris mərkəzi & mini bağçanın rəhbəri Esmira Hüseynova, Seral Nitq İnkişaf Mərkəzinin rəhbəri Xəyalə Rəhmanova, Nuranə Kazımlı və Mucru Reabilitasiya mərkəzinin rəhbəri Nuranə Kazımlı, Uşaq və yeniyetmə psixologiyası üzrə mütəxəssis, Uşaq İnkişaf Mərkəzinin rəhbəri, uşaq psixoloqu Aysel Mirzəli.
Tədbirdə iştirak edən qonaqlar inklüzivliyin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq, bu cür təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Inclusive Organization Company və “Ümidlə Gəl” xeyriyyə layihəsi gələcəkdə də inklüziv dəyərlərin təşviqi və xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial inteqrasiyasına dəstək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.





Jalə Ağakişiqızı
Zeferyolu.az-ın rəhbəri























































