Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
21 may 2026-cı il tarixində ARHD.media İnformasiya Agentliyinin təsisçisi, beynəlxalq hüquq eksperti, hüquq elmləri üzrə fəlsəfə doktoru və beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində təşkil olunmuş beynəlxalq hüquq platformasında rəsmi çıxış etmişdir.
Çıxışı zamanı İsmayıl Zalov beynəlxalq hüququn müasir çağırışları, insan hüquq və azadlıqlarının qorunması, beynəlxalq hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin dövlətlərarası hüquqi əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə ətraflı fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Tədbirdə müxtəlif ölkələri təmsil edən hüquqşünaslar, beynəlxalq təşkilat nümayəndələri, insan hüquqları müdafiəçiləri, alimlər və ekspertlər iştirak etmişlər. İsmayıl Zalovun çıxışı iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, onun beynəlxalq hüquq sahəsində fəaliyyəti, insan hüquqlarının müdafiəsinə verdiyi töhfələr və beynəlxalq platformalardakı fəallığı yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi istiqamətində göstərdiyi səmərəli fəaliyyətə görə İsmayıl Zalov “Human Rights and International Excellence Certificate” — “İnsan Hüquqları və Beynəlxalq Mükəmməllik Sertifikatı” ilə təltif olunmuşdur.
Qeyd edək ki, İsmayıl Zalov uzun illərdir beynəlxalq hüquq, insan hüquqları və ictimai-hüquqi fəaliyyət sahəsində mühüm layihələrə rəhbərlik edir, beynəlxalq konfrans və hüquq platformalarında Azərbaycan Respublikasını uğurla təmsil edir.
İsmayıl Zalov həmişə vurğulayır: “Mən Azərbaycan Respublikasına xidmət edirəm”.
ARHD.MEDİA


































































