Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
“Müstəqil yaşayış qurmağa çalışan gənclər mənzil problemi ilə qarşılaşır”
“WUF13 bizə daha dərin əməkdaşlıq və daha güclü addımlar üçün mühüm imkan yaradır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.
O, gənclərin üzləşdiyi sosial və iqtisadi çətinliklərə diqqət çəkib. Bildirib ki, təhsilini başa vuraraq, əmək həyatına başlayan, müstəqil yaşayış qurmağa çalışan gənclər çox vaxt ciddi mənzil problemləri ilə qarşılaşırlar: “Onlar universiteti bitirib iş həyatına qədəm qoyduqda və ya yeni iş axtarmağa başladıqda yaşayış yeri axtarışı ilə üz-üzə qalırlar. Lakin bir çox hallarda nə kirayə, nə də ev sahibi olmaq üçün kifayət edən imkanlara sahib olurlar. Bu da onların həm peşəkar inkişafına, həm də təhsil və şəxsi planlarına mənfi təsir göstərir”.
UN-Habitat rəhbəri qeyd edib ki, bu vəziyyət problemin sosial mahiyyətini daha aydın göstərir və insanların yaşadığı reallığın daha dərindən anlaşılmasını tələb edir. Onun sözlərinə görə, təşkilat bu istiqamətdə bir sıra təşəbbüslər həyata keçirir: “Bu vəziyyət bizə göstərir ki, bu insanların yaşadığı hissləri anlamaq və problemin aktuallığını dərk etmək çox vacibdir. BMT-Habitat olaraq biz bu məsələnin əhəmiyyətini yaxşı anlayırıq və bir sıra təşəbbüslər həyata keçirmişik. Xüsusilə qadınlarla bağlı xüsusi təlimatlarımız, “Gənclər 2030” baxışı sənədimiz, uşaqlarla bağlı şəhərlərin tərəfdaşlığı platforması və gənclərin inkişafına yönəlmiş digər proqramlarımız mövcuddur”.
Lamiyə Məmmədova























































