Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
PEŞƏKAR MRT OPERATORU
Azərbaycanda xəstəxanalar çoxdur və həmin xəstəxanalarda çalışan həkimlərlə yanaşı, MRT sahəsində seçilən operatorların sayı isə azdır. Məhz buna görə də Leyla Şıxlinski Klinikası Radiologiya şöbəsinin əməkdaşı, MRT operatoru Leyla Əmraslanova öz peşəkarlığı və insanlara göstərdiyi xüsusi qayğı ilə yaddaşlarda iz qoyan şəxslərdəndir.
Onun mehriban münasibəti, xəstələrə yanaşması və işinə olan məsuliyyəti hər bir pasiyentdə dərin hörmət hissi yaradır. Bəlkə də onun haqqında yazmamağı düşünmək olardı, amma belə bir insanı yazmamaq qəbahət sayılar. Çünki Leyla Əmraslanova daim alqışa layiq görülən, sevilən və öz peşəkarlığı ilə seçilən xanımlardandır.
Biz ona iş həyatında uğurlar arzulayır, göstərdiyi fədakar xidmətə görə dərin hörmət və minnətdarlığımızı bildiririk. Çünki o, bu hörməti öz zəhməti, peşəkar fəaliyyəti və insanlara olan səmimi münasibəti ilə qazanıb.
Onun qayğıkeş, səmimi və peşəkar yanaşması hər bir pasiyentin həyatında müsbət iz buraxır. İnanırıq ki, Leyla Əmraslanovanın zəhməti və fədakar xidməti hər zaman xoş xatirələrlə yad olunacaq, gələcəkdə bu sahəyə yeni başlayan insanlar da onun fəaliyyətindən nümunə götürərək motivasiya alacaqlar.
Bu şərəfli və məsuliyyətli yolda ona daim uğurlar və yeni nailiyyətlər arzulayırıq.
İlham Əliyev
“Mozalan-tv.az”-ın baş redaktoru























































