Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
“Azərbaycan regionda bu cür sistemi tətbiq edən ilk ölkələrdən biridir”
“Əlilliyi olan şəxslərin sosial müdafiəsi və hüquqları Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan tam elektron və təmassız əlillik qiymətləndirmə sistemi yaradıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari WUF13 çərçivəsində keçirilən “İnklüziv şəhərlər və əlilliyi olan şəxslər üçün müstəqil yaşayış” adlı tədbirdə deyib.
E.Ənsari bildirib ki, rəqəmsal əlillik alt sistemi vasitəsilə tibbi məlumatlar elektron şəkildə emal olunur və qərarlar şəffaf, effektiv şəkildə qəbul edilir: “Azərbaycan regionda bu cür sistemi tətbiq edən ilk ölkələrdən biridir. Eyni dərəcədə vacib məqam odur ki, sosial müavinətlər vətəndaşlardan heç bir müraciət və sənəd tələb olunmadan proaktiv şəkildə təyin edilir. Proaktiv sosial xidmət modeli artıq beynəlxalq səviyyədə tanınıb və digər ölkələr tərəfindən öyrənilir. İkincisi, biz inklüziv və əlçatan şəhərlər konsepsiyasını inkişaf etdiririk. Əlçatanlıq yalnız fiziki infrastrukturla məhdudlaşmır. Bu, həyatın bütün sahələrində bərabər iştirak deməkdir”.
Günel İbrahimova























































