Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib
Bakı şəhər prokurorluğunun inzibati binasında Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib.
İclasda Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid rayon və ağır cinayətlər məhkəmələrində, eləcə də həmin apellyasiya instansiyasında dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar iştirak edib.
İclasda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin səmərəliliyinin artırılması, məhkəmələrdə vahid hüquqi yanaşmanın təmin olunması, ibtidai araşdırma orqanları ilə dövlət ittihamını müdafiə edən prokurorların qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və peşəkar fəaliyyət keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələri iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda dövlət ittihamçılarının məhkəmə icraatında rolu, balanslaşdırılmış cəza siyasətinin formalaşdırılmasında iştirakları, istintaq qurumları ilə qarşılıqlı əməkdaşlığın daha da təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə olunub.
Bununla yanaşı, cinayət işləri üzrə bəraət hökmlərinin çıxarılmasına və işlərin əlavə araşdırma üçün geri qaytarılmasına səbəb olan prosessual pozuntu və çatışmazlıqlar, həmin halların qarşısının alınması yolları, eləcə də protest verilməsi təcrübəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
İclas zamanı dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin keyfiyyətinin artırılması, məhkəmə təcrübəsində vahid yanaşmanın təmin olunması və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində aidiyyəti tövsiyələr verilib.
Xezertv.info

























































