Menu
Xəbər Lenti
Hərbdən sülhə
Bugün, 13:43

Hərbdən sülhə

MAFİA  tarixi
Bugün, 12:52

MAFİA tarixi

Kobaxidze Bakıdadır
Bugün, 11:41

Kobaxidze Bakıdadır

“Əl-Nəsr”dən gedir
16-05-2026, 13:15

“Əl-Nəsr”dən gedir

Serenay Türkiyəni tərk edir
15-05-2026, 08:15

Serenay Türkiyəni tərk edir

18 May 2026 12:52Manşet / Gündəm / Sosial

MAFİA tarixi

 

"Divide et impera" - Parçala və hökm sür.


 Latın deyimi


 

MAFİA -nın yaranma tarixi barədə tarixçilər  hələdə yekdil fikirə  gələ bilmirlər. Bəziləri onun tarixini 1812-ci ilə aid etsələrdə, digərləri  1860 -cı ilə istinad edir. Lakin  bir qism hüquqşünas - tarixçilər MAFİA- nın yaranmasını on üçüncü əsrə aid olduğunu iddia edirlər. Onların fikrincə, on üçüncü əsrdə İtaliya Fransanın əsarəti  altında idi.


Siciliyanı idarə edən fransız Burbonlar sülaləsi idi və o dövrki Burbon  hökmdarı Karl Anjuyskiya qarşı qiyama qalxan  Siciliyalıların devizi belə idi :"  Morte alla  Francia  İtalia anela"!"- Fransanın ölümü- İtaliyanın sevinci .


Lakin MAFİA tarixində ən  gənc Capo ( Boss) titulunu almış Cozef Bonano özünün qələmə aldığı "Şərəf insanı" adlı kitabında belə bir  romantik fikir irəli sürmüşdür.


Onun düşüncəsinə görə , 1282-ci ildə Siciliyanın Palermo şəhərində  fransız əsgərlər cavan bir Siciliyalı qızın toy günündə onun  namusuna toxunmuşlar.Həmin qızın anası haray çəkərək ağlaya-ağlaya :" ma fia! ma fia! ( mənim  qızım! Mənim qızım!) söyləmiş və bunu eşidən Siciliyalı kişilər fransalı əsgərlərə hücum edərək onları  qətlə yetirmişlər, sağ qalan fransalılar qorxularından adanı tərk etməyə məcbur olmuşlar.


Məşhur Florensiyalı hakim  Rozario Minna " MAFİA hakimiyyətə qarşı " kitabında  MAFİA-nın  kriminal mədəniyyət kimi formalaşmasını  19- cu əsrə aid edir. Onun fikrincə MAFİA üç mərhələli inkişaf tarixi keçmişdir.


1.1800-ci ildən 1950-ci ilədək.


2.1950-ci ildən 1970-ci ilədək.


3.1970 - ci ildən bu günədək.


MAFİA   on doqquzuncu  əsrdə Siciliyanın Palermo, Trapani  və Aqricento şəhərlərində yaranmağa başlamışdır. Varlı Siciliyalı zadəganlar öz torpaqlarını kasıb kəndlilərə icarəyə verirdilər və onlardan illik pul alırdırlar. Beləliklə adada  Qabellotto  adlı  yeni sosial qrup yarandı və  onlar tədricən varlanmağa başladı.Bu sinifə aid olan kəndlilər vaxt ötdükcə  icarə haqqını verməkdən yayınır və  torpaq sahiblərinə tabe olmaqdan vaz keçərək onlara qarşı üsyana qalxırlar.


Əsilli köklü Siciliyalılar  varlanaraq özlərini bərkidir və zadəqan torpaq sabiblərinə öz yeni xidmətlərini təklif etməyə başlayırlar. Onlar  kasıb kəndlilərə nəzarət edəcəklərinə    onların səssiz - səmirsiz  torpaqları əkib becərəcəklərinə dair zəmanət  təklif edirlər və bunun müqabilində pul və torpaq sahələrinin bir hissəsinə  sahiblənirlər.


Beləliklə artıq 19-cu əsrin əvəllərində Siciliyada bütün  hökümət vəzifələrini  Mafiozolar  zəbt edir və adanın idarəçiliyinə nəzarət edir.


Siciliyada ən zəngin və ən qəddar  mafiozo Don Vito ləqəbli  Don Kassio Ferro idi . Bennito Mussolininin bir nömrəli düşməni adlandırılırdı. O adada yerləşən bütün ticarət , kənd təssərrüfatı və ictimai iaşə obyektlərindən xərrac alardı. Onun həbs edəndə , ona  qaçaqmalçılıq cinayətinə görə ittiham edirlər. Məhkəmə zamanı Don Vito söyləyir: " Mən həyatım boyu  yüzlərlə cinayət törətmişəm , onların heçbirin sübüta yetirə bilmədiniz və məni  yeqanə törətmədiyim cinayətə görə həbs etdiniz".


MAFİA tarixinin ən görkəmli simaları Palermolu Salvatore Lukania  və yəhudi əsilli Mayer Lanskidir. Məşhur "Koza Nostra" - ( Bizim İşimiz)   cinayət sindikatını məhz bu tandem  1929- ci ildə Atlantik- Sitidə keçirilən Konfransda yaratmışlar və bununlada ABŞ-da  fəaliyyət göstərən  bütün   ailələri vahid  mərkəzdən idarə etməyə başlamışlar. " Koza Nostra" nın İdarə Heyəti altı nəfər ( üç italyan və üç yəhudi ) mafiozodan  ibarət olub:


1.Salvatore Lukania ( Laki Luçano).


2.Frenk Kostello.


3.Coni Doto ( Co Adonis).


4.Mayer Lanski.


5.Abner Svilman.


6.Benjamin Siqal.


20 - ci əsrin 30-cu cə 40- cı illərində bu qanqsterlər demək olar ki ABŞ-ın bütün böyük gəlirlər gətirən bizneslərinə nəzarət edirdilər. Onların fəaliyyətləri kazinolar , otellər, çimərliklər, restoranlar, gecə klubları, insan və silah alveri, spirti içkilər və narkotik vasitələrin satışı ilə əhatə olunurdu. Hətta o yerə gəlib çıxmışdır ki MAFİA korrupsiya əlaqələri quraraq dövlət orqanlarına təsir mexanizmi formalaşdırmışdır. Onlar hakimlərə , senatorlara , gubernatorlara və polis məmurlarına təzyiq gücünə malikidilər.


MAFİA başçıları ilə mübarizənin effektivliyini artırmaqdan ötrü ABŞ Senatı 1950- ci ildə  "  Kefauver Komitəsi" təsis etmək məcburiyyətində qaldı. Bu komitənin yaradılması təşəbbüsünü , sonralar ABŞ - ın Vitse-Prezidenti olan  demokrat senator Estes Kefauver irəli sürmüşdür. Bu istintaq komitəsinin adaşdırma predmetinə təxminən 600 cinayətkar cəlb olunmuşdur. Onların bir hissəsi həbs olundu , digərləri isə sərbəst buraxılmışdır. Ümimiyyətlə MAFİA tarixi  maraqlı  faktlarla  zəngindir. Məsələn onlardan biri 1943- cü ildə , ikinci dünya müharibəsi zamanı  ABŞ  Prezidenti Franklin Delano Ruzveltin Palermolu qanqster Laki Luçanoya , Siciliya adasına ABŞ Hərbi Hava Desantının yerləşdirilməsinə köməklik göstərməsi  xahişini göstərmək olar. Digər bir maraqlı fakt isə ABŞ Prezidenti olmuş Con Kennedinin atası Fitcerald Kennedinin Çikaqo MAFİA -sının  Bosslarından olan Sem  Conkanaya xahiş edərək bu sözləri söyləməsi:" Mənim oğlumu prezident edin , siz ağ evdə olacaqsınız  və Amerika sizin ayaqlarınız altında olacaq".


 

Hüquqşünas , Kriminologiya üzrə ekspert Faxir Ağayev.