Menu
Xəbər Lenti
“Əl-Nəsr”dən gedir
Dünən, 13:15

“Əl-Nəsr”dən gedir

Serenay Türkiyəni tərk edir
15-05-2026, 08:15

Serenay Türkiyəni tərk edir

Tapdıq Əlibəyli- 65
13-05-2026, 18:50

Tapdıq Əlibəyli- 65

Kriminologiyanın anlayışı
13-05-2026, 15:15

Kriminologiyanın anlayışı

Tramp Çinə gedir
13-05-2026, 08:48

Tramp Çinə gedir

17 May 2026 11:28Manşet / Gündəm / Sosial

Ölüm cəzası (İkinci hissə)

 

"Mən kimsəyə kin bəsləmirəm , məni edam etsələrdə , məni edam edənlərə dua edirəm"


Bediüzzaman Said Nursi


Ölüm cəzası cəzanın daha qədim növlərindən biridir və ilk olaraq  " Talion Prinsipinin" realizəsi gedişində yaranmışdır: " gözə göz, dişə diş". Bu prinsipə əsasən , qəsdən adam öldürmüş şəxs üçün ədalətli cəza  məhz ölüm  cəzası sayılmışdır. Cinayət cəzasının bir növü kimi ölüm cəzası mütləq şəkildə  bütün ölkələrin qanunvericiliyində mövcud olmuşdur. İyirminci əsrin sonuna doğru dünyada ölüm cəzasından imtina etmiş ölkələrin sayı 35 olmuşdur. Hazırda isə ölüm cəzası cəmi 39 ölkədə tətbiq edilir. Bunlar əsasən , Afrika, Yaxın Şərq və Asiya ölkələridir. Lakin bu siyahıya  ABŞ, Yaponiya, Sinqapur kimi inkişaf etmiş ölkələr, Avropada isə bu cəza növünü saxlamaqla kifayətlənməyən  və həmdə müntəzəm sürətdə icra edən Belarus Respublikası da daxildir.


Bu gün müasir dünyada müxtəlif  ölüm cəzası növləri mövcuddur və tətbiq edilməkdədir.


1. Asaraq edam etmək( Misir, İran, İraq, Yaponiya, Pakistan, Əfqanistan, İordaniya, Yəmən, Sunqapur).


2. Güllələnmə( Belarus, Ş.Koreya, Vyetnam, Suriya).


3. Tapdalanma ( Hindistanın bəzi ştatları, bəzi Afrika ölkələri).


4. Elektrik oturacaq( ABŞ və vəzi Latın Amerikası dövlətləri).


5. Baş kəsmə ( S.Ərəbistan). Xüsusi cəlladlar vasitəsilə. Fransada 1977-ci ilədək  Gilyotin vasitəsilə. Fransa 1981-ci ildə  ölüm cəzasından imtina edib.


6. İnyeksiyayla( ABŞ , Tayland).


7. Daşqalaq ( İran ,Əfqanistan). Əsasən əxlaqsızlıq edənlər , zina işlətmiş qadınlar , dinə şəkk  gətirənlər, insanlar tərəfindən daşa basılır.


Bu gün ABŞ- ın 32 ştatında ölüm cəzası tətbiq edilməkdədir. 1961-ci ildə ABŞ Ali Məhkəməsinin " Səkkizinci  Düzəlişinə" rəğmən . Bu düzəlişə görə , ölüm cəzası " qəddar və qeyri-adi cəza olduğu və buna görədə Konstitusiyaya zidd olduğu irəli sürülüb.


Ümumiyyətlə ölüm cəzasından imtina etmiş ilk ölkə Venesueladır( 1863-cü il). Ardıcıl olaraq 1867-ci ildə Portuqaliya, 1868-ci ildə Meksika, 1870-ci ildə isə Niderland ölüm hökmünü  ləğv etmişlər.


Ölüm hökmü elan edildikdən sonra , onun icrası dərhal , bir neçə gün sonra, bəzi hallarda isə  illərlə uzana bilir. Məsələn  SSRİ - in mövcudluğu dövründə , ölüm cəzasına məhkum edilənlərin  ölüm hökmü  icrası dərhal həyata keçirilirdi, xüsusən 30-cu illərin repressiya dövründə. ABŞ-da isə məsələn , 14 iyun 1975 - ci il tarixində Corciya ştatında , 24 yaşında öz həyat yoldaşını qətlə yetirən  Cek Oldermen adlı şəxs 2008- ci ildə , yəni ölüm hökmündən  düz 33 il keçdikdə edam edilmişdir. Bir maraqlı faktda  ABŞ-da ölüm cəzasına məhkum olunanlar , cəzanın icrası günü , "Sonuncu  Şam Yeməyi"- ingiliscə" Last Meal", hüququna malikdirlər.


SSRİ-da ölüm hökmü  Ali Sovetin Rəyasət Heyətinin qərarı ilə 1947-ci ildə ləğv edilsədə , 1950-ci ildə bərpa olundu. Keçmiş SSRİ dövründə Azərbaycandada ölüm hökmü  cəzası alan  cinayətkarlar  güllələnirdilər. Onların güllələnməsi Bayıl həbsxanasının 5-ci  korpusunda baş verirdi. Orada sonuncu güllə səsi 1993-cü ilin  fevral ayında eşidilib. Güllələnmədə  " Naqan"  tapancadan  istifadə olunurdu. Qaydaya görə atəş məhbusun başının sol qulaq  tərəfdən arxasına açılmalı idi. Belə olan halda  bir atəş, məhbusu həyatdan məhrum etməyə kifayət edirdi. Digər SSRİ Respublikalarında olduğu kimi  Azərbaycandada  güllələnlərin cəsədləri  yaxınlarına verilməyib və onlar naməlum qəbiristanlıqda  ad və soyadları  göstərilmədən  basdırılırdılar.


1993-cü ildə Azərbaycanda ölüm hökmünə ilkin olaraq  moratoriy  qəbul edildi və onun icrası müvəqqəti dayandırıldı. Yalnız Ulu Öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünüm  ləğv olunması haqqında təşəbbüslü ilə Milli Məclisə müraciət ünvanladı.


Milli Məclisin 10 fevral 1998-ci il tarixli qərarı ilə ölüm hökmü ləğv edildi. Ölüm cəzası maddəsi Cinayət Məcəlləsindən çıxarılaraq ömürlük azadlıqdan məhrum etmə maddəsi ilə əvəzləndi. O zaman 128  nəfərin cəzası  ömürlük azadlıqdan məhrum etmə  cəzası ilə əvəzləndi. Hal-hazırda onlardan sağ qalanların satı 70-dir. Digərləri bu illər ərzində vəfat edib. Bu günkü gündə Azərbaycanda ömürlük həbs cəzasına məhkum olunanların sayı təxminən 290 nəfərdir. Son illərin  statistikasına nəzər yetirsək bu durumu maşahidə etmiş olarıq"


2013-cü il - 15 nəfər.


2014-cü il- 13 nəfər.


2020-ci il- 3 nəfər.


2021-ci il- 4 nəfər.


2022-ci il- 2 nəfər.


2023-cü il- 3 nəfər.


2024-cü il- 2 nəfər.


 

2026-cı ilin fevral ayında erməni caniləri A.Aratunyan , Lyova Mnasakyan,  David Manukyan , David İşxanyan, David Babayan ömürlük cəzaya məhkum edilmişlər.


Ulu Öndər Heydər Əliyev ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə  və beynəlxalq hüquq  normalarına  sadiqliyini  bir daha nümayiş etmişdir.Bununla bağlı  Ümummilli Lider Heydər Əliyevin  çıxışından sitat" Ölüm hökmünün ləğvi  hansısa cinayətkara  rəhm etmək məqsədi daşımır, bu daha ümumbəşəri  bir hadisədir. Biz bunu etməklə  humanizm prinsiplərinə  nə qədər önəm  verdiyimizi sübut edirik".


Beləliklə Azərbaycan bu qərarla  adını Şərqdə ölüm hökmünü ləğv edən ilk dövlət olaraq tarixə yazmışdır.


Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım olmuşdur.


Hər il 10 oktyabr - Avropa və Ümumdünya  Ölüm Cəzasına qarşı Mübarizə Günü kimi qeyd edilir.


 

Hüquqşünas , Kriminologiya üzrə ekspert Faxir Ağayev.