Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
Təyyar Yəhyayevə beynəlxalq mükafat təqdim olundu
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatı ilə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı Təyyar Yəhyayev beynəlxalq mükafata layiq görülüb. Belə ki, Türkiyə Uluslararası Elmlər Akademiyası tərəfindən yazıçıya “Fəxri kültür adamı” adı və akademiyanın nüfuzlu “Altun Yıldız” medalı təqdim edilib.
Tədbir ədəbi-mədəni mühit nümayəndələrinin iştirakı ilə yüksək əhval-ruhiyyədə keçirilib. Təqdimat mərasimində Azərbaycan musiqi və ədəbiyyat cameəsinin tanınmış simaları, eləcə də söz və sənət xiridarları iştirak edərək Təyyar Yəhyayevin yaradıcılığı və ictimai fəaliyyətindən danışıblar. Mərasimdə xanəndə Arif İsmayıloğlu, ictimai fəal Sərxan Həsənov, sənətsevər Hökməli Ağayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İbrahim Ağcabədili və digər ədəbiyyat adamları iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, Təyyar Yəhyayev uzun illərdir Azərbaycan ədəbiyyatına və publisistikasına dəyərli töhfələr verir. Onun əsərlərində milli-mənəvi dəyərlər, vətən sevgisi, insanlıq idealları və cəmiyyətin aktual problemləri yüksək sənətkarlıqla əks olunur. Yazıçının zəngin yaradıcılığı oxucular tərəfindən maraqla qarşılanır və geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qəbul edilir.
Raqif Nazimoğlu çıxışı zamanı bildirib ki, Təyyar Yəhyayevin yaradıcılığı yalnız Azərbaycan daxilində deyil, beynəlxalq ədəbi mühitdə də maraq doğurur. O vurğulayıb ki, yazıçının milli ədəbiyyatın inkişafına verdiyi töhfələr, mədəniyyətin təbliği istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib və məhz buna görə də akademiyanın “Fəxri kültür adamı” adına və “Altun Yıldız” medalına layiq görülməsi qərara alınıb.
Tədbirdə çıxış edən qonaqlar Təyyar Yəhyayevi bu nüfuzlu mükafat münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Bildirilib ki, belə beynəlxalq qiymətləndirmələr Azərbaycan ədəbiyyatının dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda mükafatçı çıxış edərək göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib. Təyyar Yəhyayev qeyd edib ki, yaradıcı insan üçün ən böyük dəyər oxucu sevgisi və sənətə verilən qiymətdir. O, gələcəkdə də Azərbaycan ədəbiyyatına xidmət etmək üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Biz də öz növbəmizdə yazıçı Təyyar Yəhyayevi nüfuzlu beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Şamil Cəfər
AYB və AJB-nin üzvü





































































