Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Orbanın həmin qərarını ləğv etdi
Macarıstanın yeni Baş naziri Peter Madyar ölkədə uzun illərdir qüvvədə olan fövqəladə vəziyyət rejiminin ləğv edildiyini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, ölkədə tətbiq olunan “müharibə dövrü fövqəladə vəziyyəti” başa çatır.
Peter Madyar həmçinin əvvəlki hökumətin tətbiq etdiyi “fərman əsaslı idarəetmə” sisteminə də son verildiyini vurğulayıb: “Normal vəziyyətə qayıdırıq”.
Qeyd edək ki, Viktor Orban hökuməti ilk dəfə 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyət elan etmişdi. Daha sonra bu rejim 2022-ci ildə Ukraynadakı müharibə əsas gətirilərək uzadılmışdı.























































