Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“Çin lideri mənə dedi ki, İrana hərbi yardım etməyəcəklər”
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə keçirdiyi görüşdən sonra İran və Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
“Qafqazinfo”nun xəbərinə görə, Tramp jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər strateji əhəmiyyət daşıyan Hörmüz boğazının açıq saxlanılması məsələsində razılığa gəliblər.
O qeyd edib ki, Si Cinpin ona Çinin İrana hərbi yardım göstərməyəcəyini deyib və boğazda gərginliyin azaldılması üçün əməkdaşlıq təklif edib.
“Çin lideri Si mənə İrana hərbi yardım etməyəcəklərini və Hörmüz boğazının açıq qalmasına kömək etməyə hazır olduqlarını bildirdi”, – deyə Tramp qeyd edib.
İran mediasının yaydığı məlumata görə, Tehran müəyyən razılaşmalardan sonra bəzi Çin gəmilərinin boğazdan keçməsinə yenidən icazə verib. İran İnqilab Keşikçiləri son günlərdə İranın icazəsi ilə onlarla gəminin bölgədən keçdiyini açıqlayıb.
ABŞ Prezidenti İranın nüvə proqramı ilə bağlı da sərt mesajlar verib. Tramp bildirib ki, İran zənginləşdirilmiş uranı gizlətməyə və ya yeraltında saxlamağa çalışa bilər, lakin Vaşinqton bunun qarşısını almaqda qərarlıdır.
“İranın uranı basdırıla bilər, amma mən onu götürməyə üstünlük verərdim”, - deyə Tramp vurğulayıb.
O, həmçinin İranın uran ehtiyatları ilə bağlı addımlarını “ictimaiyyətlə əlaqələr hiyləsi” adlandırıb və Tehrana qarşı səbirli davranmayacağını bildirib.























































