Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Rusiyaya gedəcəyini istisna etmədi
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə Rusiyaya səfər edə biləcəyini istisna etməyib.
“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Çinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp mümkün Rusiya səfəri ilə bağlı suala “Mən nə lazımdırsa, edəcəyəm” cavabını verib.
Eyni zamanda, o, Ukrayna münaqişəsinin sona yaxınlaşdığını vurğulayıb:
“Ukraynadakı münaqişə hər gün sona daha da yaxınlaşır. Ümid edirəm ki, Rusiya və Ukraynanın razılığa gələcəyi an çox yaxındır”.
Qeyd edək ki, Rusiya tərəfi də danışıqlara münasibət bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyə hazırdır. Lakin Peskovun sözlərinə görə, belə bir görüş yalnız razılaşmaların yekunlaşdırılması mərhələsində effektiv ola bilər.























































