Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Hantavirus hallarının qeydə alındığı “MV Hondius” gəmisindən təxliyə edilərək, Madridə aparılan sərnişinlərdən daha birində virus aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın rəsmi EFE agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Tenerifedən Madriddə yerləşən “Qomez Ulla” hərbi hospitalına gətirilən 14 İspaniya vətəndaşı üzərində aparılan PCR testlərinin nəticələrinə əsasən, bir nəfərdə hantavirus təsdiqlənib, digər 13 nəfərin nəticəsi isə mənfi çıxıb.
Qeyd edilib ki, testi müsbət çıxan sərnişində hazırda heç bir simptom müşahidə olunmur və onun ümumi vəziyyəti qənaətbəxşdir. İlkin nəticənin dəqiqləşdirilməsi məqsədilə ikinci testin aparılacağı qeyd olunub.
Mövcud protokollara uyğun olaraq, həmin şəxs digər sərnişinlərdən ayrılaraq xəstəxananın Yüksək Səviyyəli İzolyasiya və Müalicə Bölməsinə (UATAN) yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl “MV Hondius” gəmisindən təxliyə olunan bir fransız və bir amerikalı sərnişində də hantavirus aşkarlanmışdı.
Hazırda gəmi Ümumdünya Səhiyyə Təşkilatının bir həkim və bir tibb bacısı, həmçinin 27 heyət üzvü ilə birlikdə Tenerifedəki “Qranadilla de Abona” limanında iki günlük gözləmədən sonra Nidrlandın Rotterdam şəhərinə doğru hərəkət edir.






















































