Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Ulu Öndərin əziz xatirəsi region gəncləri tərəfindən hörmətlə yad edilib
Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə region gənclərinin iştirakı ilə silsilə anım tədbirləri həyata keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirlər çərçivəsində gənclər əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Respublikanın şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzilərinə təşkil olunan ekskursiyalar zamanı gənclərə Ümummilli Liderin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət barədə ətraflı məlumat verilib.
Ümummilli Liderin 103-cü ildönümü münasibətilə keçirilən görüş və konfranslarda gənclər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlər, azərbaycançılıq ideologiyası və gənclər siyasəti barədə maarifləndirilib. Tədbirlərdə dövlət rəsmiləri, ziyalılar, tarixçilər və ictimaiyyət nümayəndələri iştirak edərək Ulu Öndərin irsinin gələcək nəsillər üçün əhəmiyyətindən bəhs ediblər.
Anım tədbirləri çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sərgilər təşkil olunub, gənclər üçün “İz”, “Xilaskar ömrü” sənədli filmləri nümayiş etdirilib. Eyni zamanda iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarışlar keçirilib, bilik yarışlarında fərqlənən gənclər kubok və diplomlarla təltif olunublar.
Azərbaycan gəncləri bu gün də Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq onun zəngin siyasi irsini yaşatmağı, dövlətçilik ənənələrini qorumağı özlərinin mənəvi borcu hesab edir və Ümummilli Liderin əziz xatirəsini daim uca tutur.
Xezertv.info































































