“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. Tədbirlər gənclər arasında milli dövlətçilik dəyərlərinin təbliği, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi və tarixi xidmətlərinin gənc nəslə çatdırılması məqsədilə keçirilib.
Tədbirlər planına uyğun olaraq gənclərin iştirakı ilə Ulu Öndərin məzarı ziyarət edilib, "Heydər Əliyev və Qarabağ" adlı tədbir və Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Təşkilatın idarə heyətinin üzvləri və üzv gəncləri Fəxri xiyabanda xalqımızın Ümummilli Liderinin xatirəsini dərin ehtiramla yad edib, onun məzarı önünə gül dəstələri qoyublar.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı (ATGTİ), “Böyük Qayıdış” Gənclər Təşkilatı və Bakı Avrasiya Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Qarabağ” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Muradov, Bakı Avrasiya Kollecinin Tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının Proqram Meneceri Bəxtiyar Quluzadə çıxış edərək, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki fəaliyyətindən və Qarabağ naminə yürütdüyü uzaqgörən siyasətin əsas istiqamətlərindən, eyni zamanda müasir gəncliyin üzərinə düşən vəzifələrdən danışıblar.
Natiqlər vurğulayıblar ki, bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız Ümummilli Lider Heydər Əliyevin hələ onilliklər öncə əsasını qoyduğu uzaqgörən dövlətçilik strategiyasının və ordu quruculuğu siyasətinin parlaq nəticəsidir. Bildirilib ki, Ulu Öndər hər zaman ən yüksək tribunalardan Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qətiyyətlə bəyan edərək, tarixi qələbəmizin ideoloji təməlini formalaşdırıb. Tədbirdə xüsusi olaraq qeyd edilib ki, müasir Azərbaycan gəncliyinin "Böyük Qayıdış" prosesində həm könüllü, həm də peşəkar qismində fəal iştirakı dahi liderin gənclərə olan sonsuz inamının və onlara verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyada muzeyin eksponatları vasitəsilə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini izləyən gənclərə dahi şəxsiyyətin zəngin dövlətçilik irsi, həmçinin Azərbaycanın müstəqillik illərində keçdiyi tarixi inkişaf yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzdə nümayiş etdirilən nadir sənədlər, fotolar və multimedia materialları Ümummilli Liderin milli maraqlara söykənən uzaqgörən siyasətini dolğun şəkildə təcəssüm etdirir.
Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyevin tarixi obrazı xalqımızın yaddaşında və qəlbində əbədi olaraq yaşayacaq.
Qeyd edək ki, tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.
Xezertv.info
































































