İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
“Bizim qədər mütləq Qələbə qazanan ikinci ölkə yoxdur” - Prezident
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayılın Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər.
“Qafqazinfo”nun məlumatına görə, kənd sakinləri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb:
Prezident İlham Əliyev: Soltanlıda indi yarımstansiya və aqroparklar açılır. Müharibə zamanı Soltanlı uğrunda gedən döyüşlər ən şiddətli döyüşlərdən idi. Orada ermənilər güclü istehkamlar qurmuşdular. Soltanlı uğrunda şəhidlərimiz də olub. Ancaq o kəndi biz azad edəndən sonra daha sürətlə irəli getdik. Orada, yəni bax bu bölgədə, - Arazboyu bölgəsində, - bəlkə də birinci Füzulinin o Qaraxanbəyli kəndi, sonra Mərcanlı idi ki, biz birinci o xətti oradan yarıb keçdik. Sonra ən şiddətli döyüşlər Soltanlıda getmişdi. Bütün bu torpaqlar bizim qəhrəmanlıq simvolumuzdur.
Sakinlər: Bəli. Allah şəhidlərimizə rəhmət eləsin.
Prezident İlham Əliyev: Bunu yaşatmaq, uşaqlara öyrətmək lazımdır. Tərbiyə etmək lazımdır. Bizim qədər, tam, yəni mütləq Qələbə qazanan ikinci ölkə yoxdur. Ən azı son 80 ildə və ondan sonra da olmayıb. Bax bu, qürur mənbəyidir.
Kişi sakin: Dünya da bizi tanıdı.
Prezident İlham Əliyev: Və hörmət etməyə başladı.
Qadın sakin: Möhtərəm Prezident, Şah İsmayıl Xətaidən sonra Azərbaycanı hissə-hissə qoparıb dağıdıblar. Azərbaycanın torpağını geri qaytaran bir ali baş komandanımız, komandanımız, sərkərdəmiz olmayıb. Birinci dəfədir ki, biz əlimizdən alınan torpaqları geri qaytarmışıq.
Kişi sakin: Bəli, son 200 ildə.
Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Sakinlər: Sağ olun.























































