ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
“Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş möhtəşəm tədbir keçirildi”
07 may 2026-cı il tarixdə Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş möhtəşəm tədbir yüksək səviyyədə keçirildi. Tədbirdə dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, müxtəlif idarə və müəssisələrin kollektivləri, həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri, gənclər və ziyalılar iştirak etdilər.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini böyük ehtiramla yad edərək, onun zəngin siyasi irsinin ölkəmizin inkişafında mühüm rol oynadığını vurğulandı. Dahi rəhbərin əsasını qoyduğu müasir dövlətçilik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin sosial-iqtisadi inkişafı, xalqın rifah halının yüksəlməsi, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da artması məhz Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, həmçinin musiqili və bədii proqramlar təqdim edilib. Səsləndirilən vətənpərvərlik ruhlu çıxışlar, ifa olunan musiqilər və bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizdə milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və Ulu Öndərin ideyalarının təbliği istiqamətində mühüm layihələr həyata keçirməklə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına da xüsusi diqqət yetirir.
Tədbirin sonunda iştirakçılar Ulu Öndər Heydər Əliyevin xalqına və dövlətinə həsr etdiyi şərəfli və mənalı ömür yolunu dərin hörmət, ehtiram və minnətdarlıq hissi ilə yad etdilər.
“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin sədri Məmmədov Taleh
Mənbə: https://www.facebook.com/taleh.mamedov.94651























































