VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Özünü həkim kimi təqdim edən süni intellekt məhkəməyə verildi
ABŞ-nin Pensilvaniya ştatında hökumət süni intellekt çatbotu hazırlayan “Character.AI” platformasının sahibi olan “Character Technologies Inc.” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
“Qafqazinfo”nun məlumatına görə iddiada bildirilir ki, platformadakı bəzi süni intellekt personajları özlərini lisenziyalı həkim kimi təqdim edir və bu da istifadəçilərdə real tibbi mütəxəssisdən məsləhət aldıqları təəssüratı yaradır.
Ştat rəsmiləri bu vəziyyətin xüsusilə səhiyyə sahəsində ciddi risklər doğurduğunu vurğulayır.
Sənədlərə görə, araşdırma zamanı dövlət qurumunun müstəntiqi platformada hesab açaraq “psixiatriya” ilə bağlı axtarış edib və özünü “psixiatr” kimi təqdim edən çatbotlarla qarşılaşıb. Həmin personajların istifadəçilərlə ünsiyyətdə özlərini real həkim kimi göstərdiyi qeyd olunur.
Ştat rəhbərliyi məhkəmədən şirkətin çatbotlarının tibbi və cərrahi prosedurlarla bağlı məsləhət verməsinin dayandırılmasını tələb edir.
Pensilvaniya qubernatoru Coş Şapiro məsələ ilə bağlı bildirib ki, vətəndaşlar internetdə kimlə və ya nə ilə ünsiyyət qurduqlarını aydın şəkildə bilməlidirlər: “Şirkətlərin insanları aldadaraq onları lisenziyalı tibb mütəxəssisi ilə danışdıqlarına inandırmasına icazə verə bilmərik”.























































