Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Albaniyada süni intellekt qalmaqalı: Aktrisa hökuməti məhkəməyə verdi
Albaniya hökuməti "Diella" adı ilə tanınan süni intellekt (Sİ) - nazirin rəqəmsal obrazından istifadə hüququnu itirmək təhlükəsi ilə üzləşib. Virtual məmurun yaradılması zamanı səsi və zahiri görünüşü istifadə edilən aktrisa Anila Bişa məsələ ilə bağlı məhkəməyə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"Biz bu iddiaları tamamilə əsassız hesab etsək də, yaranmış vəziyyətin məhkəmə yolu ilə birdəfəlik həllini müsbət qiymətləndiririk", - deyə hökumətin mətbuat katibi Mancola Hasa bildirib.
İddiaçının mövqeyinə görə, dövlət qurumları ötən il başa çatan razılaşmanın müddəti bitdikdən sonra da onun obrazından istifadə etməyə davam ediblər. Aktrisa iddia edir ki, bu addımlar onun nüfuzuna ciddi zərər vurub. O, məhkəmə prosesi yekunlaşana qədər xarici görünüşünün istifadəsinə qadağa qoyulmasını tələb edir.
Xatırladaq ki, ötən ilin dekabrında Albaniyada dövlət idarəçiliyinə rəqəmsal texnologiyaların tətbiqi üzrə genişmiqyaslı eksperimentin gözlənilməz çətinliklərlə üzləşdiyi barədə məlumat yayılmışdı. Həmin vaxt ilk süni intellekt nazir "Diella"nın adının korrupsiya qalmaqalında hallandığı iddia edilirdi.
Qeyd edək ki, "Diella"nın dövlət satınalmalarına nəzarət edən nazir vəzifəsinə təyinatı 2025-ci il sentyabrın 11-də baş tutub. Bildirilirdi ki, süni intellektin fəaliyyətini təmin etmək məqsədilə tender prosedurlarının dürüstlüyünə və şəffaflığına nəzarət edəcək, neyroşəbəkələri müxtəlif dövlət qurumlarında tətbiq edəcək xüsusi idarənin yaradılması planlaşdırılır.
Albaniyanın Baş naziri Edi Rama oktyabrın 27-də bəyan etmişdi ki, "Diella" "övlad gözləyir" və onun virtual "nəsli" gələcəkdə dövlət qulluqçularına fəaliyyətlərində kömək edəcək.























































