Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
“Epik Qəzəb” əməliyyatı başa çatıb”
“Fevral ayında İrana qarşı başlanan hərbi əməliyyat bitib və ABŞ indi prioritetini Hörmüz boğazını yenidən açmağa yönəldib”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
“Əməliyyat bitdi. Prezidentin Konqresə bildirdiyi kimi, “Epik Qəzəb” əməliyyatının bu mərhələsini tamamladıq. Məqsədlərimizə çatdıq”, – Rubio deyib.
O, ABŞ Prezidenti Donald Trampın boğazdan ticarət gəmilərinin hərəkətini idarə etmək təşəbbüsünə toxunaraq, bunu “Azadlıq Layihəsi” adlandırıb: “İndi biz məhz bundan keçirik. Gələcəkdə nə olacağını isə yalnız iddia etmək olar”.
Rubio həmçinin İranın nüvə proqramı ilə bağlı məsələlərin, o cümlədən yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının danışıqlar yolu ilə həll olunacağını bildirib.
“Prezident danışıqlar prosesinin yalnız zənginləşdirmə məsələsini deyil, həm də bu materialın taleyini aydın şəkildə nəzərdən keçirdiyini açıqlayıb”, - o vurğulayıb.
Qeyd edək ki, Ağ Ev ötən həftə Konqresə bildirib ki, İrana qarşı hərbi əməliyyatlar rəsmi icazə tələb edən 60 günlük həddi tamamladığı üçün sona çatıb. Lakin Tramp atəşkəsin pozulması və ya danışıqların uğursuzluğu halında əməliyyatları bərpa etmək imkanını istisna etməyib.























































