Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Ağ Evin qarşısında atışma - Yenilənib
Vaşinqtonda, Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində bir nəfər yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin (Secret Service) “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.
Hadisənin 15-ci küçə ilə Müstəqillik prospektinin kəsişməsində, Vaşinqton Monumenti ilə Holokost Memorial Muzeyi arasında baş verdiyi bildirilir.
Məlumata görə, hadisə ilə əlaqədar Ağ Ev mühafizə məqsədilə dərhal mühasirəyə alınıb, ərazidəki jurnalistlər isə təhlükəsizlik üçün brifinq otağına toplanıblar. Yaralanan şəxsin vəziyyəti barədə hələlik dəqiq məlumat verilmir.
Xatırladaq ki, aprelin 25-də Vaşinqtonda Prezident Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı bənzər hadisə baş vermişdi. Həmin vaxt silahlı şəxs binaya daxil olmağa çalışaraq atəş açmış, nəticədə bir Məxfi Xidmət əməkdaşı yaralanmışdı.
Qeyd edək ki, son hadisədən sonra paytaxtın mərkəzində təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib.
***
ABŞ Gizli Xidmətinin məlumatına görə, mülki geyimli agentlər və zabitlər tərəfindən silah gəzdirərkən görülən kişi hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində güllələnib.
Gizli Xidmətin direktor müavini Mett Kvinn bildirib ki, agentlər saat 15:30 radələrində Ağ Ev kompleksinin yaxınlığında kişini müşahidə edib və üzərində silah görüb. Kişi qısa müddət izlənildikdən sonra zabitlərlə qarşılaşıb.
Kvinnin sözlərinə görə, kişi zabitlərə atəş açıb, zabitlər isə cavab atəşi ilə reaksiya veriblər. Silahlı şəxs yerli xəstəxanaya aparılıb, vəziyyəti barədə hələlik məlumat verilmir.
Hadisə zamanı güllə yarası alan azyaşlı uşaq da xəstəxanaya çatdırılıb. Kvinn qeyd edib ki, uşağın yaralanmasının şübhəlinin açdığı atəşlə bağlı olduğu hələ təsdiqlənməyib.
Vaşinqton polisi zabitin iştirak etdiyi atışmanı ayrıca araşdıracaq.























































