Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
15 İyun – Milli Qurtuluş Günü: Ulu Öndər Heydər Əliyev və dövlətçiliyimizin xilası
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “15 İyun – Azərbaycanın müstəqilliyini və dövlətçiliyini xilas edən tarixi gün”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
Dələduzluq nədir?
Dələduz - sözünün etimologiyası türk kökənlidir. Dələduz iki türk sözündən ( tələ və tuzak sözlərindən) yaranmışdır. Bu cinayətin tairxi hələ gədim dövrlərə gedib çıxır. Dələduzluq əməlinin primitiv formaları qədim Roma və qədim Yunanıstanda mövcud olmuşdur. Qədim Yunanıstanda aldadılmış və dələduzluğun qurbanı olmuş yunanlar maraqlı bir fikir söyləmişlər :" Qızıl, pul ortaya çıxandan sonra , insanların vicdanı qara bürüncəyə bürünüb göylərə uçdu".
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən , dələduzluq - özgənin əmlakını və ya əmlak hüquqlarını aldatma və ya etibardan sui- istifadə yolu ilə qanunsuz əldə etmə cinayətidir. Bu cinayət əmlak hüquqlarına ziyan vurmaqla törədilir və müxtəlif cəza tədbirlərinə səbəb olur. Şərh edilən cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən bir gədər fərqlənir. Belə ki , dələduzluq nəticəsində təqsirkar təkcə özgənin əmlakını yox , həm də əmlaka olan hüquqlarını qanunsuz əldə edir.
" Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015- ci il tarixli , 7 nömrəli qərarına görə , etibardan sui- istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki , təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyinin yerinə yetirilməsinə deyil , özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.
Dələduzluq cinayətinin xüsusiyyətləri.
Obyekti və predmeti:
* Obyekt: Mülkiyyət münasibətləri.
* Predmet: Özgənin əmlakı və əmlak hüquqları.
Törədilmə üsulları:
1). Aldatma yolu ilə Həqiqəti təhrif etmə və ya vacib məlumatları gizlətmə.
2).Etibardan sui- istifadə etmə yolu ilə - Zərərçəkmişlə mövcud olan inamdan istifadə .
Aldatma formaları:
* Aktiv aldatma: Yalan məlumatlar təqdim etmək .
* Passiv aldatma :Vacib məlumatları gizlətmək.
178- ci Maddənin tərkibi və cəzaları.
178.1. Sadə dələduzluq
Aldatma və ya etibardan sui- istifadə yolu ilə özgənin əmlakını ələ keçirmək.( Əksər hallarda 5.000 manata dək ).
Cəza:
* 1000-2000 manat cərimə.
* 360-480 saat ictimai işlər.
* 2 ilədək islah işləri.
* 2 ilədək azadlığın məhdudlaşdırılması.
* 2 ilədək azadlıqdan məhrum etmə.
178.2.4. Ağırlaşdırıcı hallarla törədilən dələduzluq.
Aşağıdakı hallarla maşayiət olunur:
1.Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi.
2.Təkrar törədilməsi.
3.Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi.
4.Xeyli miqdarda ziyan vurmaqla törədilməsi( xeyli miqdar dedikdə , yəni 5.000 manatdan yuxarı olan məbləğ).
Cəza:
* 4000- 7000 manat cərimə.
* 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması.
* 2 ildən 5 ilədək azadlıqdan məhrum ermə.
178.3.1 Xüsusilə ağır hallarla törədilən dələduzluq:
1.Mütəşəkkil dəstə tərəfindən törədilməsi.
2.Külli miqdarda ziyan vurmaqla törədilməsi ( külli miqdar 50.000 manatdan yuxarı məbləğ).
Cəza: 5 ildən 10 ilədək müdd ətinə azadlıqdan məhrum etmə.
178.4. Xüsusilə külli miqdar ziyan vurmaqla törədildikdə ( 500.000 manatdan yuxarı olan məbləğ).
Cəza: 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə.
Dələduzluq cunayətinin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxslər ola bilər.
Dələduzluq cinayətinin əməlini törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə , cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdçəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Hüquqşünas , Kriminogiya üzrə ekspert Faxir Ağayev.
ARHD.MEDİA























































