“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Çayxanalarda qurulan tələ: "İşə düzəldəcəyəm" deyib minlərlə manat aldı
Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Yusiflinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
Qeyd edilib ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İttiham aktına əsasən, Samir Yusifli Naxçıvan Muxtar Respublikasının (MR) Qaz İstismar Xidmətinin Təmir-Tikinti və Quraşdırma İdarəsində baş mühəndis vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə epizod üzrə dələduzluq əməlləri törədib.
Belə ki, 2025-ci ilin aprel ayında o, Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən çayxanada tanışlıq əlaqəsi qurduğu F.F.-yə (adı, soyadı şərtidir) yalan vədlər verib. Təqsirləndirilən şəxs zərərçəkmişin övladını sözügedən idarədə mühəndis vəzifəsinə işə düzəldəcəyini bildirib və bu məqsədlə ondan 7 000 manat məbləğində pul alaraq dələduzluq yolu ilə ələ keçirib.
İttiham aktında göstərilir ki, Samir Yusifli 2025-ci ilin iyul ayının əvvəllərində keçmiş iş yoldaşı D.D.-ni Su İdarəsinə müavin vəzifəsinə işə düzəltmək adı ilə aldadıb. Bu məqsədlə o, zərərçəkmişdən ümumilikdə 5 500 manat məbləğində pul alaraq ələ keçirib.
Digər epizod üzrə təqsirləndirilən şəxsin 2025-ci il iyulun 9-da Naxçıvan şəhəri 49-cu məhəllədə yerləşən restoranın çayxanasında onunla əlaqə saxlayan zərərçəkmiş H.H.-yə (adı, soyadı şərtidir) yalan vədlər verib. Samir Yusifli zərərçəkmişin övladını həmin idarənin şöbə müdiri vəzifəsinə işə düzəldəcəyini vəd edərək 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Həmin tarixdə və eyni məkanda baş vermiş digər epizodda isə təqsirləndirilən şəxsin zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) övladını işə düzəltmək adı ilə aldadaraq 12 000 manat məbləğində pulunu ələ keçirib.
Bundan başqa, 2025-ci ilin avqust ayının sonlarında Samir Yusifli əvvəllər iş yoldaşı olmuş zərərçəkmiş E.E.-ni (adı, soyadı şərtidir) Su Meliorasiya İdarəsinə müavin vəzifəsinə işə düzəltmək vədi ilə aldadıb. O, Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasının yaxınlığındakı çayxanada zərərçəkmişdən 5 000 manat məbləğində pul alaraq mənimsəyib.
Məhkəmə iclasında Samir Yusiflinin müdafiəçisi şifahi vəsatət qaldıraraq cinayət işinin ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib. Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razılaşaraq işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib.
Dövlət ittihamçısı isə vəsatətə etiraz edərək onun təmin olunmamasını, hazırlıq iclasının davam etdirilərək işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş edib.
Məhkəmə müdafiəçinin şifahi vəsatətini, təqdim edilən hüquqi əsasları və proses iştirakçılarının mövqelərini araşdıraraq belə qənaətə gəlib ki, vəsatət əsaslıdır. Qərara əsasən, cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.























































