Xəbər Lenti
Dünən, 10:00
Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
30-07-2026, 21:59
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
30-07-2026, 10:00
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
29-07-2026, 10:51
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
03 May 2026 11:54Manşet / İqtisadiyyat
Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndəriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
Qeyd edək ki, aprelin 30-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.























































