Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli - 65
Dünən, 13:49

Tapdıq Əlibəyli - 65

Xəzərdə zəlzələ oldu
30-04-2026, 08:34

Xəzərdə zəlzələ oldu

12 qurban, 17 illik hüzun...
30-04-2026, 08:10

12 qurban, 17 illik hüzun...

SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 14:40

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 08:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 08:00

Bu ərazilərdə qaz olmayacaq

02 May 2026 20:54Manşet / Gündəm / Sosial

Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib: YYSİB təkliflərlə çıxış etdi

 

Bu gün Azərbaycan Milli QHT Forumu (AMQF) Ekvadordan İndoneziyaya, Meksikadan Okeaniyaya qədər geniş arealı əhatə edən Qlobal Cənub məkanında, o cümlədən böyük türk coğrafiyasında fəaliyyət göstərir.

YeniMedia.net portalı xəbər verir ki, bunu AMQF-nin 2 illik fəaliyyətinə və qarşıdakı planlarına dair ictimai hesabat xarakterli mətbuat konfransında Forumun idarə heyətinin sədri Ramil İskəndərli deyib.

Onun sözlərinə görə, AMQF yüzlərlə xarici QHT ilə tərəfdaşlıq münasibətlərinə malik, qlobal və regional təşəbbüsləri ilə tanınan nüfuzlu milli təşkilatdır: “Etiraf etməliyik ki, bir neçə il əvvələ qədər Forumun adı heç Azərbaycanın özündə yetərincə tanınmırdı. Biz bu gün tam fərqli mənzərədəyik. Bu yüksəliş böyük zəhmət və ardıcıl fəaliyyətin nəticəsidir. Azərbaycan QHT-ləri bu gün dünya ilə danışır”.

R.İskəndərli vurğulayıb ki, Azərbaycan Milli QHT Forumu “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində bu qlobal tədbirin əsas təşkilatçılarından biridir.

O əlavə edib ki, 2026-cı il mayın 14-də Bakıda 130-a yaxın ölkədən QHT-lərin iştirakı ilə Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının iclası keçiriləcək.

AMQF İdarə Heyətinin üzvləri – deputat Pərvanə Vəliyeva və deputat Azər Allahverənov vurğulayıblar ki, 8 ölkədən vətəndaş cəmiyyəti təmsilçiləri ilə türk dünyasının məsələlərinə dair geniş müzakirələr olacaq. Bu regional tədbir çərçivəsində Azərbaycanla Şimali Kipr, Qırğızıstan və Türkmənistan vətəndaş cəmiyyəti təmsilçiləri arasında ikitərəfli QHT forumları da baş tutacaq.

AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli Azərbaycan Milli Forumunun yerli QHT-lərin institusional inkişafında mühüm mərkəzə çevrildiyini deyib.

Təşkilatın üzvü Xatirə Vəliyeva isə bildirib ki, QHT-lərin fəaliyyət miqyası və əldə etdiyi nəticələr genişləndikcə, bu sektora olan ictimai etimadın da paralel şəkildə artdığı müşahidə olunur. X.Vəliyeva onu da vurğulayıb ki, Forum üzvləri WUF13-ə də ciddi hazırlaşıb.



İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov toplantıda ilk söz alaraq maraqlı təkliflər irəli sürüb.

Yığıncaq müzakirələrlə yekunlaşıb.

Elmar Kazımov