Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
“Bizim ofisimiz elə “QHT Evi” olacaq”
Azərbaycan Milli QHT Forumuna üzv QHT-lər bazası təhlil olunub və burada çoxsaylı problemlər aşkarlanıb.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.
O qeyd edib: “Təəssüf ki, üzvlər siyahısında adları keçən bəzi təşkilatların və şəxslərin QHT sektoruna heç bir aidiyyəti olmadığı müəyyən edilib. Buna görə də üzv təşkilatlara yeni üzvlük vəsiqələri veriləcək, bununla da köhnə vəsiqələr etibarsız sayılacaq. Forumun Nizamnaməsinə uyğun olaraq, üzvlük haqqına İdarə Heyətində baxılıb, illik cəmi 100 manat üzvlük haqqı müəyyən edilib. Deyərdim ki, bu, simvolik rəqəmdir. Azərbaycan Milli QHT Forumuna üzv olmaq istəyən QHT-lər İdarə Heyətinə müraciət etməli, İdarə Heyətində məsələyə baxıldıqdan sonra müsbət qərar verilərsə, üzvlük haqqı ödənməli və yeni vəsiqə əldə olunmalıdır”.
Üzvlər üçün böyük üstünlüklərin olacağını deyən Ramil İskəndərli bildirib:
“Bilirsiniz ki, hazırda QHT sektorunda ən böyük problemlərdən biri təlimlər, tədbirlər, konfranslar üçün zalların icarə qiymətlərinin əksər QHT-lərin büdcələrinə uyğun olmamasıdır, xeyli QHT bundan əziyyət çəkir. İllərdir təklif edilir ki, “QHT Evi” yaradılsın, orada bu imkanlar olsun, amma bu sahədə konkret addımlar yox idi. AMQF olaraq biz bu problemi demək olar həll edirik. Bu günlərdə Azərbaycan Milli QHT Forumu şəhərin mərkəzində - Qış Bulvarına yaxın ərazidəki “World Business Center”də yerləşib.
“World Business Center”də hər cür şəraiti olan iki konfrans zalı var. Onlardan biri 25-40 nəfərlik, digəri 70 nəfərlikdir. AMQF-dən yeni üzvlük vəsiqələri əldə edən QHT-lər əvvəlcədən İdarə Heyətini xəbərdar etməklə növbəlilik əsasında bu zallardan ödənişsiz istifadə edə bilər. Bunun üçün 5 iş günü əvvəldən [email protected] elektron ünvanına xahişlə müraciət etmək (koordinator: Ləman Ağalarova +994513659897) kifayətdir. Zallardan pulsuz istifadəyə əlavə xidmətlər (kofe, çay, su, materiallar və digər xidmətlər) daxil deyil”.
Ramil İskəndərli onu da deyib ki, hazırda AMQF-nin ofisində dizayn, təmir işləri gedir. Bir-iki ay ərzində “World Business Center”də AMQF-nin hər cür şəraitlə təmin edilmiş geniş ofisi istifadəyə veriləcək. QHT-lər burada da növbəlilik əsasında təlimlərini keçə bilərlər. Biz “QHT Evi” arzusunu reallığa çevirmək istəyirik - bizim ofisimiz elə “QHT Evi” olacaq.
AMQF-nin İdarə Heyətinin sədrinin sözlərinə görə, üzvlər Forumun ekspertləri tərəfindən müxtəlif mövzularda bilik və bacarıqların artırılması istiqamətində təlimlərdə, seminarlarda, vebinarlarda, onlayn və hibrid görüşlərdə təmənnasız olaraq iştirak imkanı qazanacaqlar. BMT və digər strukturlarda təmsil olunma və üzvlüklə əlaqədar QHT-lərə davamlı qaydada konsultativ dəstək göstəriləcək.























































