Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Bakı-Lahor marşrutu üzrə uçuşlara başlanır
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Lahor marşrutu üzrə “Airblue” aviareyslərinin istifadəyə verilməsi ilə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan “Airblue”nun Bakı bazarına daxil olması Azərbaycan ilə Cənubi Asiya arasında hava əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı məlumatda deyilir.
Bildirilir ki, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu isə sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaradır, eyni zamanda Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat edir.
Bakı–Lahor istiqaməti artıq “Azərbaycan Hava Yolları” (AZAL) və “Pakistan International Airlines” tərəfindən də icra olunur. “Airblue” aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın qarşılanmasına xidmət edir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.























































