Xəbər Lenti
Dünən, 11:44
İnsan sağlamlığının keşikçisi: Sumqayıt Şəhər 2 №-li Xəstəxananın Baş Həkimi Arzu Bəndəliyevanın fədakar fəaliyyəti
11-01-2026, 12:28
Arhd.Az saytının idarə heyətinin qərarı ilə Əliyev Məmməd Ağalar oğlu Arhd.Az saytının Azərbaycan Respublikası daxili məsələlər üzrə birinci müavini təyin edilib
10-01-2026, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
10-01-2026, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
9-01-2026, 13:28
Yolun təhlükəsizliyi, şəhərin rahatlığı: “Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevin peşəkar fəaliyyəti
9-01-2026, 12:25
ÇİN DÖYÜŞ NÖVLƏRİ ASSOSİASİYASININ KUNG-FU FEDERASİYASI DÖVLƏTƏ, VƏTƏNƏ VƏ GƏNC NƏSLƏ XİDMƏT YOLU
Gəncəyə yönəldilən AZAL-ın üç reysi Bakıya çatdı
Bakı aeroportunda qatı duman səbəbindən Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən AZAL-ın üç reysi artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna çatıb.
Qaynarinfo AZAL-a istinadən xəbər verir ki, Moskva-Bakı, Təl-Əviv-Bakı və İstanbul-Bakı marşrutu üzrə uçuşlar həyata keçirən təyyarələr müvafiq olaraq saat 10:14, 11:27 və 12:49-da Bakıya enib.
11:32
Heydər Əliyev Beynəlxalq Aeroportundakı qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib.
Bu barədə Qaynarinfo AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.
Bakı aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən paytaxta yola düşəcək.
Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Digər iki təyyarə də hazırda uçuşa hazırlanır.
08:58
Yanvarın 13-dən 14-nə keçən gecə "Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.
Bu barədə Qaynarinfo-ya AZAL-a istinadən xəbər verir.
Qeyd olunub ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar: "Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər".
Bundan əlavə, "IrAero” aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.
Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.























































