Xəbər Lenti
Bugün, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Bugün, 09:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
Dünən, 18:13
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
14-10-2026, 14:21
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü
Türkiyəli məşhur müğənni Bülent Ərsoy nəhəng bir onlayn alış-veriş platforması ilə apardığı əməkdaşlıqla diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, onun bir reklam kampaniyası üçün 135 milyon TL (təxminən 5 milyon manat) qazandığı bildirilib.
Bu ödəniş sosial mediada geniş müzakirə yaradıb və Türkiyənin reklam tarixində nadir hallarda rast gəlinən bir rekord kimi qiymətləndirilir.
Sözügedən müqavilə B.Ərsoyu tək bir reklam üçün ən yüksək qonorar alan müğənni edib və reklam sənayesində indiyəqədərki ən böyükbüdcəli əməkdaşlıqlardan biri kimi tarixə düşüb.























































