Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: “Zərifə Əliyeva – elmə, insanlığa və Vətənə həsr olunmuş ömür”
Suraxanıda – Hövsan qəsəbəsində növbəti məhəllə abadlaşdırıldı:YYSİB də fəal iştirak edib
Qusar RMX-nın direktoru İmran Qurbanov: “ Unudulmaz alim, mehriban ana, qayğıkeş insan – Zərifə Əliyeva”
Həkim-radioloq Nicat Bağırov: "Böyük alim Zərifə Əliyeva irsi: tibb elminə əvəzsiz töhfələr"
Tibb üzrə fəlsəfə doktoru, estetik cərrah Dilqəm Məhərrəmov: “Gözlərə nur, qəlblərə işıq bəxş edən ömür-oftalmoloq Zərifə Əliyeva”
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən “Akademik Zərifə Əliyevanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır” mövzusunda, görkəmli alimın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və rayon ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanı ziyarət etmişlər. Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları önünə əklillər və gül dəstələri qoyulmuş, onların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Daha sonra akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə geniş tədbir keçirilmişdir.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Rəsmi hissədə akademik Zərifə Əliyevanın zəngin və şərəfli həyat yolundan, onun oftalmologiya elminə verdiyi mühüm töhfələrdən və ictimai fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir. Videoçarxda görkəmli alimin elmi irsi, yüksək insani keyfiyyətləri və Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolu ətraflı şəkildə təqdim olunmuşdur.
Tədbiri giriş nitqi ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərdən geniş bəhs etmiş, onun zəngin və mənalı ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, Zərifə Əliyeva yalnız görkəmli alim kimi deyil, həm də Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətində daim etibarlı dayaq olmuşdur.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək bildirmişdir ki, akademik Zərifə Əliyeva Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə cəmləşdirən parlaq şəxsiyyətdir və bu gün də ölkə xanımları üçün örnək olaraq qalmaqdadır.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında Zərifə Əliyevanın incə, nəzakətli və eyni zamanda dahi bir şəxsiyyət olduğunu qeyd etmiş, onun və Heydər Əliyevin bir-birini tamamlayan böyük şəxsiyyətlər kimi tarixdə silinməz iz qoyduqlarını diqqətə çatdırmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov öz çıxışında vurğulamışdır ki, akademik Zərifə Əliyeva yüksək mənəvi keyfiyyətlərə malik əsl ziyalı kimi zəngin və mənalı ömür yolu keçmişdir. O, alimin oftalmologiyanın aktual problemlərinə həsr olunmuş fundamental tədqiqatlarının və elmi əsərlərinin hər zaman yüksək qiymətləndirildiyini qeyd etmişdir.
Görkəmli professor və şair Paşa Qəlbinur çıxış edərək akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşmüş, onun elmi-praktik irsinin əhəmiyyətindən danışmışdır. O, həmçinin qeyd etmişdir ki, Zərifə Əliyevanın zəngin fəaliyyəti və xidmətləri Azərbaycan mövcud olduqca xalqın yaddaşında daim yaşayacaqdır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilmişdir. Bədii hissədə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının ansamblı və ifaçıları tərəfindən musiqi nömrələri təqdim olunmuş, tədbir yüksək əhval-ruhiyyə ilə davam etmişdir.
Sonda partiyanın himni səsləndirilmiş, iştirakçılarla xatirə şəkilləri çəkdirilmiş və tədbir öz işini uğurla başa çatdırmışdır.
























































