Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
“Sevgi ilə başlayan yol: ESMANUR-da gələcəyin ilk addımları”
Bəzən bir uşağın gələcəyinə açılan ən böyük qapı sadə bir bağça qapısından başlayır. O qapının arxasında isə yalnız oyun deyil — sevgi, qayğı, diqqət və gələcəyə doğru atılan ilk inamlı addımlar dayanır. ESMANUR Uşaq Bağçası məhz bu missiyanı daşıyan ünvanlardan biridir.
“Esmanur” ümumilikdə bir neçə filialdan ibarət özəl məktəbəqədər təhsil şəbəkəsidir və ilk olaraq 2012-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində formalaşan təcrübə, pedaqoji yanaşma və uşaqlara olan həssas münasibət bu təhsil ocağını sadəcə bağça yox, inkişaf mərkəzinə çevirib.
Bu yolun arxasında dayanan əsas simalardan biri də İlahə Xuduqızıdır.
Onun rəhbərliyi ilə qurulan sistemin əsasında bir prinsip dayanır: hər bir uşaq fərqlidir və hər biri xüsusi diqqətə layiqdir.
Bu bağçada uşaq sadəcə gününü keçirmir. O, burada düşünməyi öyrənir, ilk dəfə öz fikrini ifadə edir, dostluğun nə olduğunu anlayır. Kiçik addımlarla böyük dünyaya hazırlanır. Rəngli divarlar, şən musiqilər, oyunlarla zəngin mühit – bütün bunlar uşağın daxili dünyasının açılmasına xidmət edir.
Valideyn üçün ən böyük rahatlıq isə övladının etibarlı əllərdə olmasıdır. Çünki burada tərbiyə yalnız qayda ilə yox, sevgi ilə verilir. Burada uşaq qorxaraq yox, anlayaraq öyrənir. Məhz bu yanaşma gələcəkdə cəmiyyətə sağlam düşüncəli, özünə inanan və dəyərlərə bağlı fərdlər qazandırır.
ESMANUR yalnız bir bağça deyil. Bu, uşaqların ilk arzularının cücərdiyi, ilk uğurlarının sevincə çevrildiyi, gələcəyin təməlinin qurulduğu bir məkandır. Burada hər gün bir az daha böyük gələcəyin əsası qoyulur.
Famil Kəngərli























































