İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Melaniya Tramp haqda şərhlərə sərt reaksiya - Onun qovulmasını tələb etdi
ABŞ Prezidenti Donald Tramp televiziya aparıcısı Cimmi Kimmelin birinci xanım Melaniya Tramp barədə səsləndirdiyi fikirlərə sərt reaksiya verərək, onun işdən çıxarılmalı olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada ABC kanalında yayımlanan proqramı ilə tanınan Kimmeli hədəfə alıb.
Aparıcının paylaşdığı montaj videoya istinad edən dövlət başçısı qeyd edib ki, aparıcının Melaniya Tramp üçün “dul qalmağı gözləyən biri” ifadəsini işlətməsi qəbuledilməzdir və bu səbəbdən o, dərhal işdən azad olunmalıdır: “Çox aşağı reytinqlərə malik və heç də gülməli olmayan Cimmi Kimmel verilişində şokedici ifadələr işlədib. O, Melaniya haqqında “dul qalmağı gözləyən biri kimi parıldayırsınız” deyib. Bu, qəbuledilməzdir”.
ABŞ Prezidenti həmçinin Kimmelin sözlərini Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən insidentlə əlaqələndirərək, bu cür çıxışların siyasi zorakılığa zəmin yarada biləcəyini iddia edib.
Tramp əlavə edib ki, bir çox insan Kimmelin açıqlamalarına mənfi reaksiya verib və bu sözlər qəbulolunmazdır: “Cimmi Kimmel dərhal “Disney” və ABC tərəfindən işdən çıxarılmalıdır”.
Melaniya Tramp da yazılı açıqlama ilə Kimmelin ifadələrini kəskin tənqid edib. O bildirib ki, aparıcının onu təsvir edərkən istifadə etdiyi ifadə qəbuledilməzdir və belə çıxışlar komediya hesab oluna bilməz.
“Onun ailəm haqqında monoloqları komediya deyil. Bu cür sözlər Amerikada siyasi mühiti daha da gərginləşdirir”, – deyə Melaniya Tramp vurğulayıb.
Ağ Evin sözçüsü Kerolayn Livitt də keçirdiyi brifinqdə mövzuya münasibət bildirərək, qeyd edib ki, bu tip çıxışlar siyasi zorakılıq kontekstində təhlükəli hesab olunur.
Qeyd edək ki, Cimmi Kimmel ötən cümə axşamı ABC-də yayımlanan “Jimmy Kimmel Live” proqramında Melaniya Tramp haqqında yumoristik şərhlər səsləndirib. Daha sonra baş verən hadisələr fonunda bu açıqlamalar geniş müzakirələrə səbəb olub.























































