Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Təbrik Məktubu
Gəncədən böyük addım:
Qadınlar birləşir,
Gələcək dəyişir!
26 aprel 2026
Əziz və Hörmətli
Zenfira Ağayeva!
105 illik zəngin tarixi olan və on minlərlə qadını ətrafında birləşdirən “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin üzvləri adından
Sizi - Sahibkar Qadınlar İctimai Birliyinin sədri kimi, həmçinin Gəncə şəhərində keçirilən Sahibkar Qadınların I Qurultayının bütün iştirakçılarını səmimi qəlbdən təbrik edir, Sizə gələcək fəaliyyətinizdə uğurlar diləyirik.
Sahibkarlığın dinamik inkişafı Prezidentin bu sahəyə xüsusi diqqətinin təzahürüdür.
Gəncə şəhəri mühüm bir tədbirə ev sahibliyi edir - Sahibkar Qadınların I Qurultayı keçirilir. İnanırıq ki, bu Qurultay ölkədə qadın sahibkarlığının inkişafına bir daha təkan verən, onların biznes mühitində rolunu daha da gücləndirən əhəmiyyətli platforma kimi diqqət çəkəcək. Tədbir çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkar qadınlar bir araya gələrək , öz təcrübələrini bölüşəcək, uğurlu biznes hekayələri təqdim olunacaq və yeni əməkdaşlıq imkanları müzakirə ediləcək. Qurultay həmçinin innovativ ideyaların irəli sürülməsi və qadınların iqtisadi fəallığının artırılması baxımından da xüsusi önəm daşıyır.
Müasir dövrdə qadın sahibkarlığı yalnız iqtisadi inkişafın deyil, eyni zamanda sosial tərəqqinin də vacib elementlərindən biridir. Bu baxımdan belə təşəbbüslər qadınların potensialının üzə çıxarılmasına, onların cəmiyyətdə daha fəal mövqe tutmasına xidmət edir.
Sizin təşəbbüsünüzlə Gəncədə keçirilən bu ilk Qurultayın yeni perspektivlər açacağına, güclü əməkdaşlıqların qurulmasına və davamlı inkişaf üçün möhkəm zəmin yaradacağına inanırıq. Qurultayın bütün iştirakçılar üçün uğurlu və faydalı keçməsini arzulayırıq. Bu cür görüşlər qadınların biznesdə daha fəal olmasına, özlərinə inamlarının artmasına və iqtisadi həyatda daha güclü yer tutmalarına kömək edəcək.
Hörmətli Zenfira Xanım !
Siz daim sahibkarlığa yeni qoşulan bütün xanımlar üçün Bir Dayaq və Dəstək Mərkəzisiniz .Siz sahibkar qadınların ideyalarının gerçəkləşməsi , inkişafı və ictimai həyatda möhkəm mövqe tutması üçün daim yanlarında olmusunuz.
Sizə can sağlığı , Qurultayın işinə uğurlar diləyirik !
"AQRC"İ.B.sədri
Bahar Qasımova































































