Menu
Xəbər Lenti
“Əl-Nəsr”dən gedir
Dünən, 13:15

“Əl-Nəsr”dən gedir

Serenay Türkiyəni tərk edir
15-05-2026, 08:15

Serenay Türkiyəni tərk edir

Tapdıq Əlibəyli- 65
13-05-2026, 18:50

Tapdıq Əlibəyli- 65

Kriminologiyanın anlayışı
13-05-2026, 15:15

Kriminologiyanın anlayışı

Tramp Çinə gedir
13-05-2026, 08:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 08:33

14 yolda tıxac var - Siyahı

25 Aprel 2026 12:08Manşet / Sosial

Tanınmış beyin və sinir cərrahı Bakıda pasiyentləri qəbul edəcək

 

Türkiyənin tanınmış beyin və sinir cərrahı, Prof. Dr. Sait Öztürk 27–28–29 aprel tarixlərində Referans Endokrin & Cərrahi Mərkəzdə pasiyent qəbulu həyata keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul çərçivəsində pasiyentlər beyin və sinir sistemi xəstəliklərinin müasir cərrahi müalicə üsulları ilə bağlı ixtisaslaşmış tibbi xidmətlərdən yararlana biləcəklər.

Konsultasiyalar zamanı Parkinson xəstəliyi (əllərdə və bədəndə titrəmə, hərəkətlərin ləngiməsi), istəmədən baş verən əzələ yığılmaları (distoniya), əl-ayaq titrəməsi (tremor), dərmanlara cavab verməyən epilepsiya, eləcə də müalicəyə çətin tabe olan obsesiv-kompulsiv pozuntu və dərin depressiya hallarında beyin pili əməliyyatı (Deep Brain Stimulation), beyin şişləri və əzələ sərtliyi ilə müşayiət olunan hallarda baklofen pompasının yerləşdirilməsi üzrə müayinə və müalicə imkanları təqdim olunacaq.

Qəbul günlərinin məhdud olması səbəbindən əvvəlcədən qeydiyyat tövsiyə edilir.

Ətraflı məlumat və qeydiyyat üçün *0033 və ya (077) 502 00 33 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.