İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
471 milyon avroya lüks mənzil aldı
Ukraynalı milyarder Rinat Əhmədov Monakoda 471 milyon avro (təxminən 936 milyon manat) dəyərində nəhəng lüks mənzil alaraq, daşınmaz əmlak tarixində rekord əməliyyatlardan birini həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, sövdələşmə barədə ilk məlumatı “Bloomberg” yayıb.
Bildirilib ki, mənzil Monako Knyazlığının Monte Karlo bölgəsində yerləşən Mareterra dənizkənarı layihəsinin tərkibində olan “Le Renzo” yaşayış binasında yerləşir.
2024-cü ilin sonlarında istifadəyə verilən bu kompleks dünyanın ultra-varlı alıcılarını cəlb edən ən eksklüziv layihələrdən biri hesab olunur.
Məlumata görə, beşmərtəbəli mənzil 21 otaqdan ibarətdir və təxminən 2500 kvadratmetr sahəni əhatə edir. Yaşayış yerində şəxsi hovuz, cakkuzi və ən azı səkkiz avtomobil üçün dayanacaq mövcuddur.
Sənədlərə və elektron yazışmalara əsasən, əməliyyat 2024-cü ildə tamamlanıb. Əhmədovun holdinqi olan “System Capital Management” (SCM) alışı təsdiqləsə də, əmlakın detalları və qiyməti barədə əlavə məlumat verməyib.
Bildirilib ki, şirkətin beynəlxalq investisiya portfeli uzun illərdir daşınmaz əmlak sahəsini də əhatə edir və “Le Renzo” layihəsinə investisiya 2021-ci ildə həyata keçirilib.
Məlumatlara görə, alış müqaviləsi Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan əvvəlki dövrə aiddir.
Qeyd edək ki, 60 yaşlı Rinat Əhmədov Ukrananın ən varlı insanı, “Şaxtyor” futbol klubunun sahibidir. “Bloomberg Billionaires Index”ə əsasən, Əhmədovun sərvəti 7 milyard dollardan çox qiymətləndirilir. O, sərvətini Ukraynanın polad, mədənçilik, enerji və daşınmaz əmlak sektorlarında fəaliyyət göstərən “System Capital Management” (SCM) vasitəsilə formalaşdırıb.
Əlavə edək ki, “Le Renzo” yerləşdiyi Mareterra layihəsi artıq Monakoda dünyanın ən bahalı ünvanlarından biri hesab olunur. Burada kvadratmetr qiymətləri 100 min avronu keçir, bəzi obyektlərdə aylıq kirayə haqları 150 min avroya qədər yüksəlir.
Bazar araşdırmalarına görə, Monako məhdud torpaq sahəsi və yüksək tələbat səbəbindən dünyanın ən bahalı daşınmaz əmlak bazarı olaraq qalır və qiymətlər rekord səviyyələrdə saxlanılır.






















































