Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
“Hörmüzün açılması mümkün deyil” - İran
İran rəsmiləri ABŞ və İsrailin atəşkəs razılaşmalarını pozduğunu əsas gətirərək, Hörmüz boğazının nəqliyyat üçün açılmasının hazırda mümkün olmadığını bəyan ediblər.
“Qafqazinfo”nun xəbərinə görə, İran parlamentinin rəhbəri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadası qlobal iqtisadiyyatı girov saxlamaq anlamına gəlir.
Onun sözlərinə görə, mövcud şəraitdə strateji boğazın təhlükəsiz fəaliyyəti təmin oluna bilməz.
İran Prezidenti Məsud Pezeşkian isə ölkəsinin danışıqlara açıq olduğunu vurğulayıb. O qeyd edib ki, öhdəliklərin pozulması, blokadalar və təhdidlər real diplomatik prosesin qarşısında əsas maneələrdir. Pakistanda keçirilməsi planlaşdırılan yeni sülh danışıqlarının isə hələ başlamadığı bildirilir.
Bölgədə gərginlik İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazında iki yük gəmisini saxlamasından sonra daha da artıb. İran tərəfi “MSC Francesca” və “Epaminondas” adlı gəmilərin yoxlama məqsədilə dayandırıldığını açıqlayıb. Bildirilib ki, bu gəmilər icazəsiz əməliyyatlar aparıb və naviqasiya sistemlərinə müdaxilə edərək, boğazdan gizli şəkildə keçməyə cəhd göstərib.
Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis “Epaminondas” gəmisinə qarşı müdaxiləni təsdiqləsə də, gəminin tam ələ keçirilib-keçirilmədiyi ilə bağlı dəqiq məlumat verməyib.
Digər tərəfdən, bölgədə üç gəminin atəşə tutulduğu da bildirilir ki, bu da onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp isə ABŞ-İran arasında qüvvədə olan atəşkəsin müddətinin qeyri-müəyyən vaxta qədər uzadıldığını açıqlayıb. Ağ Evin sözçüsü Kerolayn Levitt bu qərarın yeni son tarix müəyyən edilmədən qüvvədə qalacağını bildirib. Onun sözlərinə görə, Vaşinqton İranın gəmiləri ələ keçirməsini atəşkəsin pozulması kimi qiymətləndirmir, çünki həmin gəmilər ABŞ və ya İsrailə məxsus olmayıb.
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin katibi Con Felanın istefa verdiyini açıqlayıb. Onun yerinə müvəqqəti olaraq katib müavini Hunq Kao vəzifəni icra edəcək.
Bildirilir ki, Vaşinqton atəşkəs müddətini uzatmaqla İrana qarşı iqtisadi təzyiqləri artırmağa çalışır. Artan gərginlik fonunda qlobal enerji bazarlarında narahatlıq davam edir və bəzi regionlarda yanacaq qiymətlərində artım müşahidə olunur.






















































