Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
İsrail Müdafiə Ordusu (IDF) Livanın cənubunda “Hizbullah” qruplaşmasına məxsus hərbi obyekti və ərazini tərk edən nəqliyyat vasitəsini hədəf alıb.
“Qafqazinfo” ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə atəşkəs rejiminin qüvvədə olduğu bir vaxtda baş verib.
Məlumata görə, hərbçilər “Hizbullah” tərəfindən istifadə olunan obyektdən çıxan iki avtomobilin ön müdafiə xəttini keçərək İsrail qoşunlarının mövqelərinə yaxınlaşdığını qeydə alıblar.
Bu hərəkət birbaşa təhlükəsizlik təhdidi və atəşkəsin pozulması kimi qiymətləndirildikdən sonra İsrail Hərbi Hava Qüvvələri avtomobillərdən birini və sözügedən hərbi obyekti məhv edib. Zərbələr nəticəsində ərazidə olan iki jurnalistin də yaralandığı bildirilir. IDF mətbuat nümayəndələrini qəsdən hədəf almadığını və mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün tədbirlər gördüyünü vurğulayıb.
Xatırladaq ki, Yaxın Şərqdə gərginlik 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ilə pik həddə çatıb. Həmin əməliyyatlar zamanı İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsi bölgəni genişmiqyaslı müharibəyə sürükləyib. “Hizbullah”ın İranın tərəfində müharibəyə qoşulmasından sonra İsrail Livanın cənubunda quru əməliyyatlarını genişləndirmişdi.























































