Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
Şəmkir məktəblisi Mançester Universitetinə qəbul olub
Şəmkir şəhər Kimya və biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Hüseyn Quliyev dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan və qlobal universitetlər reytinqində ilk 35-likdə yer alan Mançester Universitetinin “Kompüter elmləri” ixtisasına qəbul olub.
“Qafqazinfo” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Hüseyn Quliyev Respublika Fənn Olimpiadasının bürünc medalçısıdır.
Bundan əlavə, SAF 2023-də (Elm və Mühəndislik Sərgisi) gümüş medal qazanıb və VEX Robototexnika Respublika turnirində “Enerji mükafatı”na layiq görülüb.
Hüseyn seçdiyi universitet barədə də fikirlərini bölüşüb: “Mançester Universitetini seçməyimin əsas səbəbi kompüter elmləri sahəsində güclü akademik bazaya malik olmasıdır. Bundan əlavə, universitetin çox keyfiyyətli tədris proqramları, geniş ixtisas seçimləri və tələbələr üçün güclü akademik və praktiki imkanlar təqdim etməsidir”.
Gəncin əsas məqsədlərindən biri Azərbaycanı beynəlxalq mühitdə layiqincə təmsil etmək, təhsilini tamamladıqdan sonra ölkənin aparıcı şirkətlərində çalışaraq yerli sənayenin inkişafına töhfə verməkdir: “Gələcəkdə özümü texnologiya sahəsində, xüsusilə böyük layihələr və innovativ həllər üzərində çalışan bir mütəxəssis kimi görürəm. 8-ci sinifdən informatika ilə məşğul oluram və bu sahə artıq mənim əsas maraq və inkişaf istiqamətimə çevrilib. Xüsusilə alqoritmlər, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrinə böyük marağım var”.
Qeyd edək ki, Mançester Universiteti dünya üzrə elmi tədqiqatları, innovativ yanaşmaları və güclü akademik mühiti ilə tanınır. Bu universitetdə təhsil almaq tələbələr üçün geniş imkanlar və beynəlxalq perspektivlər açır.























































