Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Nobel mükafatı qazanmaq iddiası olan Şəkili şagird...
Abbaszadə Rasim Yusif oğlu - 2008-ci il təvəllüdlüdür. O, Şəki Kimya Biologiya Təmayüllü Liseyin 9-cu sinif şagirdidir.
Rasim 14 iyul 2023-cü il tarixində Respublika Fənn Olimpiadalarının mükafatlandırılma mərasimində Biologiya fənnindən birincilərin birincisi olaraq qızıl medal ilə təltif olunmuşdur. Qeyd edək ki, Rasim Respublika Fənn Olimpiadalarında artıq sayca üçüncü qızıl medalını qazanıb. Yeniyetmə şagirdin arzusu gələcəkdə məşhur bioloq olub, yeni kəşflər edərək “Nobel” mükafatı qazanmaqdır.
Onun Biologiyaya marağı hələ uşaq yaşlarından başlayıb. Lap kiçik yaşlarında “TRT belgesel” kimi kanallarda yayımlanan təbiət, canlı aləm və heyvanlardan bəhs edən verilişlərə baxar, oradakı təbiətin quruluşu onu çox maraqlandırar, heyran edərdi. Hətta uşaq vaxtı oyuncaqlarının əksəriyyəti heyvanlar, sürünənlərdən ibarət idi. Onların çoxunu hələ də saxlayırmış...
Yaxın gələcəkdə hədəflərindən biri beynəlxalq olimpiadalarda ölkəmizi layiqli təmsil etməkdir. Böyük hədəfi isə dünyanın tanınmış universitetlərindən birində təhsil almaq, biologiya sahəsində insanların əziyyət çəkdiyi xəstəliklərdən birinin peyvəndini tapmaq və bununla da Nobel mükafatını qazanmaqdır. Dolayısı ilə əsas hədəfi bəşəriyyətə, insanlara faydalı bir iş görə bilməkdir. Qismət…
Onu da qeyd edək ki, O, 2023-cü il Respublika Fənn Olimpiadalarında Şəki şəhər məktəbli şagirdləri arasında tək qızıl medal qazanan şagirddir.
Onu təbrik edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
























































