Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Yüksəliş”in qalibləri üçün silsilə görüşlərin növbəti sessiyası keçirildi
“Yüksəliş” müsabiqəsi qaliblərinin fərdi inkişafı, intellektual potensialının gücləndirilməsi və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin dördüncü sessiyası baş tutub.
“Qafqazinfo” xəbər verir ki, sessiyada ADA Universitetinin rektoru Hafiz Paşayev, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təsisçilərindən BDU-nin professoru Ədibə Paşayeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar fənlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva bu kimi görüşlərin ədəbi-mədəni dəyərlərin təbliği, maarifləndirici müzakirələrin təşviqi, eləcə də iştirak edən qonaqların intellektual və estetik dünyagörüşünün formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sessiya Azərbaycanın Əməkdar incəsənət xadimi Aqil Məlikovun təqdimatında “Mir Cəlalla ədəbiyyat səhifələrinə” mövzusuna həsr olunub. Aqil Məlikov və muğam triosu Füzuli qəzəlləri ilə muğam parçalarını ifa edib. Musiqi və ədəbiyyatın vəhdətdə təqdim olunduğu sessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Daha sonra Mir Cəlalın “Füzuli Sənətkarlığı” elmi əsəri filologiya elmləri doktoru professor Tərlan Quliyev tərəfindən şərh edilib. T.Quliyev çıxışında Mir Cəlalın ədəbi-estetik baxışlarının Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutduğunu qeyd edib, onun irsinin çağdaş oxucu üçün də aktuallığını qoruduğunu vurğulayıb. Tədbirdə qeyd olunub ki, Mir Cəlalın 1958-ci ildə nəşr olunan “Füzuli sənətkarlığı” əsəri Azərbaycan ədəbiyyatşünaslığında poetika məktəbinin əsasını qoyan fundamental tədqiqatlardan biri hesab olunur.
“Ədibin Evində Yüksəliş” silsilə görüşləri qaliblərin peşəkar inkişafı ilə yanaşı, onların mədəni və intellektual baxımdan da formalaşmasına töhfə verən mühüm platforma rolunu oynayır. Bu təşəbbüs iştirakçıların müxtəlif sahələr üzrə biliklərini dərinləşdirməyə, ədəbiyyat, mədəniyyət və düşüncə dünyası ilə daha yaxından təmas qurmasına imkan yaradır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf proqramına cəlb olunur və özünüinkişaf məqsədilə 20 min manat məbləğində mükafat əldə edirlər.
Xatırladaq ki, sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.


























































.png)
