QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib - FƏRMAN
“Yüksəliş” “Beynəlxalq e-Assessment Mükafatları” müsabiqəsində finalçı oldu
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Kadr Ehtiyatı Bankının formalaşdırılması üçün yaradılmış innovativ layihə olan “Yüksəliş” müsabiqəsi 2025-ci il "Beynəlxalq e-Assessment Mükafatları" müsabiqəsində finalçı elan olunaraq beynəlxalq səviyyədə mühüm uğura imza atıb.
“Qafqazinfo” xəbər verir ki, “Beynəlxalq e-Assessment Mükafatları” (International e-Assessment Awards) 2008-ci ildən etibarən hər il keçirilir.
Bu mükafatlar “e-Assessment Association” (eAA) tərəfindən təşkil edilir və təhsil, peşəkar sertifikatlaşdırma və iş yerində təlim sahələrində texnologiyanın qiymətləndirmə proseslərinə gətirdiyi yenilikləri və ən yaxşı təcrübələri tanıyır. Nüfuzlu "e-Assessment Association" tərəfindən təşkil olunan bu müsabiqə qiymətləndirmə sahəsində innovasiya, şəffaflıq və effektivliyi təşviq edən qabaqcıl təşəbbüsləri tanımaq məqsədi daşıyır. “Yüksəliş” müsabiqəsinin bu siyahıda yer alması tətbiq olunan qiymətləndirmə modelinin və idarəolunma mexanizmlərinin beynəlxalq standartlara cavab verdiyini bir daha nümayiş etdirir.
“e-Assessment Awards” müsabiqəsinin əsas məqsədi şəffaf və obyektiv seçim mexanizmi vasitəsilə istedadlı şəxsləri aşkar etmək, onların liderlik potensialını üzə çıxarmaq və inkişaf yolunda dəstək göstərməkdir. Nəzərinizə çatdıraq ki, “e-Assessment Awards” yarışında fərqli illərdə “Kaplan International”, “British Council”, “Duolingo”, “Pearson”, “Excelsoft Technologies” və qiymətləndirmə sahəsində fəaliyyət göstərən digər böyük şirkətlər finalçı və qalib adını qazanıblar. Bu əhəmiyyətli müsabiqədə finalçı statusu Azərbaycanın ilk növbədə kadr potensialının inkişafına, innovativ layihələrə verdiyi dəyərin və ölkədə tətbiq olunan yeni nəsil yanaşmaların dünya miqyasında tanındığını göstərir.
Müsabiqənin beynəlxalq platformalarda bu cür uğur qazanması isə gələcək inkişaf istiqamətləri üçün yeni imkanların qapısını açır. Azərbaycanın gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib: “Bu uğur Azərbaycan Prezidentinin imzaladığı Sərəncamı icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Ehtiyat Bankına daha peşəkar mütəxəssislərin cəlb edilməsi yolunda atılan əhəmiyyətli addımdır.”
Xatırladaq ki, 2025-ci ildə mükafat 13 kateqoriya üzrə təqdim olunacaq. Növbəti mərhələdə isə artıq hər kateqoriya üzrə qaliblər elan ediləcək.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.























































